Ermənistan müdafiə nazirinin oğlu Qarabağda hərbi xidmət edəcək

Ermənistan müdafiə nazirinin oğlu Qarabağda hərbi xidmət edəcək
 Ermənistanın müdafiə naziri Edqar Tonoyan oğlu David Tonoyanı hərbi xidmətə yola salıb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Edqar Tonoyan iyulun 16-da oğlunun xidmət edəcəyi yerlə bağlı keçirilən püşkatmaya qatılıb. Püşkatmanın nəticəsində əsasən, David Tonoyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmət edəcək.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşota Paşinyan da Qarabağda xidmət edir. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az