Ermənistan yeddi rayonu qaytarmağa hazırdır, Bakı isə... –PRİNSİPİAL ŞƏRT

Ermənistan yeddi rayonu qaytarmağa hazırdır, Bakı isə... –PRİNSİPİAL ŞƏRT
"Serj Sarkisyan yeddi rayonu qaytarmağa hazırdır. Azərbaycan isə "ya hamısı, ya da heç biri” şərtini irıli sürür. Bu, Ermənistanı çətin vəziyyətə salır”.

Miq.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə erməni ekspert Tatul Akobyan deyib.

Erməni ekspert Minsk qrupunun həmsədrlərinin Hamburq bəyanatını şərh edərkən qeyd edib ki, bu bəyanatlar danışıqlar masasında olan sənədin kiçik hissəsidir.

"Danışıqlar hələ aprel müharibəsinə qədər dalana girdi. Bu gün də danışıqlar dalandadır. Azərbaycan "ya hamısı, ya da heç biri” prinsipini müdafiə edir. Ermənistan isə yeddi rayonu qaytarmağa hazırdır”, - deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az