Ermənistan YER ÜZÜNDƏN silinə bilər-Politoloq

Ermənistan YER ÜZÜNDƏN silinə bilər-Politoloq

"Ermənistanda yerləşən "Metsamor” Atom Elektrik Stansiyası (AES) nəinki bu ölkənin özü üçün Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün də ciddi təhlükəyə çevrilib. Bu Atom elektirik stansiyası 11 ballıq şkala üzrə zəlzələ olan risk zonasında yerləşir. İstismar müddəti 2011-ci ildə bitən stansiyanı Ermənistan rəhbərliyi 2026-cı ilə qədər uzadıb." 

Bu barədə Miq.Az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi.

Ermənistanın region dövlətləri üçün ciddi təhlükə olduğunu bildirən politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, rəsmi Yerevan nüvə tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdimıklə yanaşı, Azərbaycanı bir neçə dəfə nüvə silahı ilə də hədələyib:

"Qeyd edim ki, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan Ermənistanda nüvə silahının və çirkli bombaların olduğunu bur neçə dəfə qeyd edib və Azərbaycana qarşı bundan istifadə edəcəklərini vurğulayıb. Bundan əlavə bu ATOM elektrik stansiyasından nüvə qaçaqmalçılığı kimi də istifadə olunur. Məhz zənginləşdirilmiş uran və sezium materiallarını Yaxın Şərqdəki qeyri-qanuni qruplaşmalara çatdırmaq və qara bazarda dəyəri milyon dollarlarla ölçülən bu materialların gizli satışını təmin edən erməni qaçaqmalçıları dünya sülhünə ciddi təhlükə yaradır. Bu Ermənistan rəhbərliyinin dövlət siyasətidir. Dəfələrlə Avropa İttifaqı və MAQATE bu stansiyanın təhlükəsi barədə həyəcan təbili çalıb. Ermənistanın ağır iqtisadi vəziyyəti bu stansiyadan istifadəni şərtləndirir. Köhnə nəsil reaktorla işləyən stansiyanın zədələnməsi Ermənistan üçün təhlükədir. Yerevandan 36 km aralıda yerləşən ATOM elektrik stansiyası Ermənistanda baş verə biləcək hər hansı bir zələzələ nəticəsində partlaya bilər. Qeyd edim  ki, İraqda və İranda baş verən zəlzələ Ermənistanda baş verərsə Metsamor da nüvə sızıntısının olması qaçılmaz olacaq. Bu da Ermənistan və xüsusi ilə Yerevanın yer üzərindən silinməsinə gətirib çıxara bilər. Ermənistan fəal zəlzələ zonasında yerləşir. Hazırda regionda zəlzələ ocaqları oyanıb. 1988-ci ildə baş vermiş Spitak  zəlzələsi baş verərsə, Metsamor və Yerevan qeyd etdiyim kimi böyük nüvə fəlakəti ilə üzləşəcək. Ermənistanın əsl faciəsi məhz METSAMORdadı. Heç bir beynəlxaq təşkilatın tövsiyələrinə riayət etməyən Ermənistan istənilən vaxt nüvə partalayışının qurbanı ola bilər. Qeyd edim ki, Yerevan bu ATOM elektirik stansiyasının müasirləşdirilməsi üçün heç vəsaitə də malik deyil."

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az