Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək - TƏXRİBAT

Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək - TƏXRİBAT
Ermənistanın yeni hakimiyyəti Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirir.
 
Miq.az modern.az-a istinadən xəbər verir ki, işğalçı ölkə Qarabağdan Ermənistana növbəti yol çəkməyi planlaşdırır. Ermənistan nəqliyyat naziri Aşor Akopyanın separatçı rejimin "şəhərsalma naziri" Karen Şahramanyanla görüşü zamanı Zəngilan-Mincivan-Gorus yolunun çəkilməsi müzakirə edilib.
 
İranla sərhəd boyunca yerləşən yolun yaxın aylarda təmir olunaraq asfaltlanması planlaşdırılır.
Xatırladaq ki, buna qədər Qarabağdan Ermənistana Gorus-Xankəndi, Vardenis-Ağdərə və Zod-Kəlbəcər yolları çəkilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az