“Əsas istəyimiz Türkiyənin “S-400”ləri işlək vəziyyətə gətirməməsidir” – Maykl Pompeo

“Əsas istəyimiz Türkiyənin “S-400”ləri işlək vəziyyətə gətirməməsidir” – Maykl Pompeo
"Açığı, əsas istəyimiz Türkiyənin "S-400” zenit-raket kompleksini işlək vəziyyətə gətirməməsidir”.

"Report” İHA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo "Bloomberg” telekanalına müsahibəsində Türkiyənin Rusiyadan aldığı "S-400”lə bağlı sualı cavablandırarkən deyib.
Respublikaçılar Partiyasından olan senator Lindsey Graham sosial şəbəkədəki səhifəsində "S-400”ə dair məsələ ilə bağlı belə açıqlama yazıb: "Azad Ticarət Anlaşmasını müzakirə edərək Türkiyədəki müttəfiqlərimizlə daha güclü əlaqələr qura biləcəyimizə ümid edirəm. Bu, iqtisadiyyatlarımızı inteqrasiya edəcək və hər iki ölkə "qazan-qazan” prinsipi ilə faydalanacaq. Türkiyənin "S-400” sisteminin aktiv hala gətirməsi nəticəsində əlaqələrimizə zərər dəyməsinin qarşısını almaq üçün bir yol tapmalıyıq. Söhbət Türkiyədən getdiyi üçün "qazan-qazan”a üstünlük veririk, "itir-itir”ə deyil”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az