ŞAIRƏ, JURNALIST “ATİLLA XXI”JURNALININ BAŞ REDAKTORUNDAN
Ermənilərin son 100 ildə xalqımızın başına gətirdiyi müsibətləri vaxtilə bizim bir çox yazıçılarımız öz əsərlərində müxtəlif cür üslubda qələmə alıblar. Erməni quldurlarının vəhşiliyini gözləri ilə görən, onların min bir məşəqqətlərini ağrılarını çəkən yazar insanlarımız o qanlı illəri yalnız təsvir etməyiblər, müəyyən həqiqətləri gələcək nəslə çatdırılmasını istəyiblər.
Yazılı ədəbiyyatın tarixi sənədləri, arxivlərin nə qədər dəyişdirilib, kim bilir nə qədər saxtalaşdırılıb.
Erməni qadınları uşaqlarını qorxutmaq istəyəndə “bax türk gəldi səni öldürər” deyiblər. Bütün bunların sayəsində Qərbi Azərbaycan türksüz qaldı. “Qurdla dostluq et, amma çomağı əldən vermə” atalarımız deyib. Bu gün Qərbi Azərbaycanda bir dənə olsun türk qalmadı amma paytaxtımızda 30 minə yaxln erməni hələ də yaşayır. Və bu üzdən də bu gün “qanıqarışıqlarımız” kifayət qədərdir. Görünür bəzi kişilərimiz çomağı yada salmırıar. Hələ də adlarını dəyişib türk adları altında özlərini “mələk” göstərən Hayqanuşlarımız, Vartanuşlarımız çoxdur və öz missiyalarını layiqincə yerinə yetirirlər.Türkə qənim kəsilən Şaumyanlar, Melkanyanlar, Danielyanları bu gün humanist adlandıran Vartanuş övladları vardır. Satqınlığı, alçaqlığı özləri üçün vərdişə çevirənlər erməni dəyirmanına su tökməkdən çəkinmirlər. Bu tarixən də belə olub, bu gün də belədir.
Bəli, söhbət nə təmiz, nə çirkli puldan, nə də kiminsə var dövlətindən gedir. Söhbət insan hüquqlarlndan, insan azadlığından, insan zəhmətindən , yaşantılarından gedir.
Hansı ki, bu gün bəlkə də heç kəsi maraqlandırmır.Niyə maraqlandırmır? Ona görə ki, bu gün hər hansı madiyyata görə istənilən sahəyə əl atan, duz-çörəyi tapdalayan, dostluq məhfumunu yox edən, “kişilərin ” qıtlığı vaxtında nakişilik edib bəzi kişiləri kölgəyə salmağa çalışan, hətta yaxınlarını, əzizlərini belə sata biləcək “məxluqlar” var.
Görün hansı bir gündəmə gəlib çıxmışıq ki, ömrünün 43 ilinin il yarımını Sovet ordusu sıralarında vətən eşqini tərənnüm edib Azərbaycan adını tanımayanlara tanıdan, 4-5 ilini də soyuq səngərlərdə qışın qarından donanda özünü vətən torpaq sevgisiylə qızdıran, yaxınlarını, qohumlarını itirən, gözlərininin önündə müharibə dəhşətlərinə şahid olan, sağlamlığını itirən, alnında vətənə gedən yollara bənzər parçalanmış “çığrlar” gəzdirən, vətən deyəndə gözləri dolan, torpaq deyəndə ürəyini tutan bir Azərbaycan oğlu, bir qəhrəman haqqında artıq əskik söhbətlər gedir.
O qəhrəman ki, igidliyi dastanlaşan , dillər əzbəri olan, haqqı- nahaqqa verməyən, ağa ag deyib, qaraya qara deyən, kimlərinsə havasına oynamayıb, öz havasına çoxlarını oynadan, adı gələndə düşmənin rəngi saralan, tanıyanlarda silinməyən izlər buraxan “köklü”, “bünövrəli” qəhrəman.
Bəli Azərbaycanda hər kəsin tanıdığı və tanıdıqca laqeyd qalmadığı qəhrəman İbad Hüseynov haqqında bayaq söylədiyim kimi, “qanıqarışıq“ insanlar özlərinə layiq fikirlər yürüdürlər.
Bu gün Azərbaycanın Müdafiə Nazirliyinin fəaliyyətdə olan zabiti Xətai Baxışov çevrəsində bir neçə istefada olan, müharibədə “meyid alveri” ilə məşğul olan Tofiq Cəfərov kimi, analığ hissinin nə olduğunu bilməyən, döyüşçülər, əlillər, veteranlar anlamını qanmayan, bu gün dünəninə baxanda təəssüf hissi keçirərək bəlkə də yaşından xəcalət çəkən qadından istifadə edərək vicdanını satdığa qoyub.
Bəli... belədir. Çünki səngərdən-səngərə keçən, ölümlə hər an üzə-üzə gələn, özündən qabağa hər hansı bir əsgəri buraxmayan, ağər yaralanaraq 27 gün komada qalan, Tanrının möcüzəsi sayəsində sağ qalan qəhrəman bir döyüşçü haqqında yalan –iftiralar söyləmək, səviyyəsiz addımlar atıb ara qızışdırararq döyüşçüləri üz-üzə qoymaq vicdanını satmaq deyilmi?
Unutqanıq... tariximiz, dünənimiz çox saxtalaşdırılıb. Bu günümüzün olan həqiqətlərini deməyə sanki çəkinirik. Ona görə ki, öz sözümüz olmayıb, onun-bunun fikirlərini söyləməyə öyrəşmişik. Bu gün”milçəkdən fil düzəldən” ermənilərin siyasəti, qulağı, başı kəsilmiş nanəcib dığalarını milli qəhrəman edib əllərində bayraq edirlər. Özlərini dünyada humanist xalq kimi təmsil edirlər.
Amma ...Bəli, amma biz olan həqiqətlərimizi gizlətməyə, başımızı tac edən dəyərlərimizi gözdən salmağa, alimlərimizə, yazarlarımıza qara yaxmağa bir sözlə yalnız və yalnız özümüzə qarşı mükəmməl şəkildə düşmənçilik edə bilirik. Bizə düşmən lazım deyil ki, düşmən öz içimizdədir...Bəli... öz içimizdə.Tarixən belə olub, dünəndə beləydi, bu gün də belədi, sabah da belə olacaq.... əgər ən azı vətənsevər insanlar ayağa qalxmasa, vicdanın səsinə qulaq asmasa...
Bu gün yüzlərlə canını fəda edən şəhidlərimiz, qəhrəmanlarımızdan danışılmır, amma türkə qənim kəsilmiş bir qatili “qəhrəman ulduz “ edib ölümünü araşdırır, çirkin əməlləri ilə qəhrəmanlarımızın imicinə kölgə salmağa çalışırlar. Bunlar kimlərdi, bu gün içimizdə gizlətdiyimiz 30 min erməni qarışıqları. Niyə qarışıqsızlar səslərini çıxarmırlar. Niyə tarixçilərimiz, ziyalılarımız öz fikirlərini bildirmirlər. Bəzi ziyalılarımız erotik şəkillər çəkdirib poza verə bilirlər, amma söz demək məqamında kənara çəkilirlər. Niyə axı hanı Qarabağın ər oğulları ki, bu gün onların adından danışan üç-dörd qanıqarışıq söz deyir, kim o haqqı verib onlara. Zamanında gəlib yerliləri arxadan vurub, satqınlıq etdikləri bəs deyil indi, Qarabağda sağlamlığını itirmiş, soyuq səngərlərin ağrı-acısını bu gün də unuda bilməyən əlill qəhrəmana psixoloji təsir etməklə nəyi subut etmək istəyir? Özlərinin qanı qarışıq olduqlarını, yoxsa erməni qatilinini qisasını almaq üçün aldıqları məvacibi? Bəlkə də ...
Bu gün hər bir azərbaycanlı, hər bir türk Qarabağlı olmalıdır! Bu gün hər bir döyüşçünün haqqı qorunmalıdır ! Çünki Qarabağ müharibəsi bitməyib! Qarabağı yenə o döyüşçülər xilas edəcək. Qarabağ döyüşçülərinə, əlillərinə qarşı edilən haqqsızlıqlar, iradlar Azərbaycan gəncliyinin psixologiyasını korlayır. Bu gün Azərbaycan gəncliyinin kumirinə çevrilmiş İbad Hüseynov qəhrəmanlığına kölgə salmaq, dövlətətin, dövlətçiliyin adına kölgə salmaqdır.Azərbaycan tarixində ilk dəfə olaraq sırf qəhrəmanlıq mövzusuna müracıət edərək “Atilla XXI” jurnalının ilk nömrəsi işıq üzü gördü. Mən bu jurnalın səhifələrində Ulu Öndərimizin qiymətləndirdiyi və xalqımız üçün əməyi, zəhməti olan insanlara müraciət etdim. O insanlara ki, hər biri öz sahəsinin qəhrəmanıdır. Və bu jurnal parlaqlığı, fərqliliyi ilə yanaşı müəyyən qısqanclıqlar da yaratdı. Bu da təbiidi, çünki cəmiyyətimizdə qısqanclıq və paxıllıq vərdiş halına çevrilib.
Gülşən Behbud