Etibar Əliyevin oğlu Kəramət Əliyevlə "MolBulak" BOKT-un idarə heyyətinin sədri (keçmiş "KredAqro" BOKT-un sədri) Eldar Cəfərovun anası Xatun Cəfərova təsisçisi va səhmdarı olan "Invest" BOKT səhmlərini Etibar Əliyevin Qırğızıstan Respublikasında yaşayan qardaşına məxsus olduğu bildirilən "MolBulak" BOKT-a birləşdirilib. Etibarlı mənbələrdən “Veteninfo.az”a verilən məlumata görə, artıq "MolBulak" BOKT(www.molbulak.az) rəsmi fəaliyyətə başlayıb. Çox acınacaqlı haldır ki, Etibar Əliyev cinayət tərkibli amallarına görə həbs olunsa da, "Molbulak" nəzarətdən kənarda qalaraq dünyanın heç bir ölkəsində olmayan faizlərlə kreditlər verməyə başlayıb. 6 aylıq kreditlər 52%-lə, 12 aylıq 56%-lə, 18 aylıq 58% verməsinə baxmayaraq, nəzarətedici orqan olan Mərkəzi Bank buna göz yumur. Əlbəttə ki, ziyan çəkən tərəf məcburiyyətdən kredit götürən sadə xalqdır( sadəcə şəxsiyyət vəsiqəsiylə kreditlərin verilməsi məcburiyyətən bir çox insana maraqlı gəldiyi üçün kredit götürənlərin sayı günü- gündən artır). Hətta "MolBulak" BOKT-un Qırğızıstandakı əsas təşkilatı "MolBulak"-ın rəhbərliyi bu faiz dərəcələrindən şoka düşsələr də, səhmlərin Etibar Əliyeva məxsus olduğu üçün qarşısını almaqda aciz qalıblar.
Qeyri-rəsmi məlumatlara görə "KredAqro" BOKT” dörd milyon beş yüz iyirmi üç min manatın kimə məxsus olduğu ictimaiyyətdən gizlətsə də, həmin səhmlərin 3 milyon AZN-i Eldar Cəfərovun Rusiyanın Kazan şəhərində yaşayan Ramiz Cəfərov adlı qardaşına, yerdə qalanıın da Etibar Əliyevin Qırğızıstan Respublikasında yaşayan qardaşına məxsus olduğu bildirilir.
Sənədlər:
«İnvest Kredit Bank olmayan Kredit Təşkilatı»
Məhdud Məsuliyyətli Cəmiyyətinin
Hər birinin nominal dəyəri 1000 (bir min) manat olan
300 (üç yüz) ədəd təmin edilmiş faizli sənədsiz adlı istiqrazların
EMİSSİYA PROSPEKTİ
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu emissiya prospektində olan məlumatların mötəbərliyinə görə məsuliyyət daşımır və onu qeydiyyata almaqla yerləşdirilən səhmlərə münasibətini ifadə etmir.
Bu emissiya prospektində olan məlumatlar qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmalıdır.
Bakı ş. Atatürk pr. 1107 AZ1069
(Emitentin olduğu yer, poçt indeksi göstərilməklə)
(012) 441 68 30
(Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə)
İnvest Kredit BOKT-nın İcraçı direktor: E. Y. Dadaşov
TexnikaBank ASC-nin İdarə Heyətinin Sədri: S. N. Hüseynov
1.Emitent
Tam adı «İnvest Kredit Bank olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti
Qısaldılmış adı: «İnvest Kredit» BOKT
Bank əməliyyatlarının həyata keçirilməsinə lisenziya: 10 noyabr 2005-ci il tarixli Azərbaycan Milli Bankı tərəfindən verilmiş 180 - QB saylı bank lisenziyası.
2.Emitent fəaliyyət göstərdiyi müddətdə onun adında və təşkilatı - hüquqi formasında dəyişikliklər haqqında məlumat.
Emitent, «İcma Kredit Bank olmayan Kredit Təşkilatı» MMC kimi 10 noyabr 2005-ci ildə Azərbaycan Respublikası Milli Bankı tərəfindən dövlət qeydiyyatına alınmış və kredit fəaliyyətinin həyata keçirilməsi üçün 180 – QB saylı lisenziya verilmişdir.
«İcma Kredit» MMC 10 noyabr 2008-ci il tarixdə adını dəyişərək «İnvest Kredit Bank olmayan Kredit Təşkilatı» MMC kimi fəaliyyətini davam etdirmişdir. Bu dəyişiklik Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən dövlət qeydiyyatına alınmışdır.
3.Emitentin dövlət qeydiyyatı haqqında məlumat
Emitentin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və tarixi: No 0105-P135-43382, 29 iyun 2005-ci il, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
4.Emitentin yerləşdiyi ünvan
Hüquqi ünvan: Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529, poçt indeksi: AZ1073.
İnternet səhifəsi: www.investkredit.az
Elektron ünvan: [email protected]/* */Telefon: (99412) 41-68-30
Faks: (99412) 41-68-30
5.Emitentin bank rekvizitləri
TEXNİKABANK ASC: 37090525250001N-li AZM müxbir hesab;
VÖEN: 1500550381
SWIFT code : TECIAZ22
6.Nizamnaməyə uyğun olaraq emitentin idarəetmə və icra orqanları haqqında məlumat
Təsisçilərin ümumi yığıncağı
Müşahidə Şurası;
İcraçı Direktor.
Müşahidə Şurasının üzvləri haqqında məlumat
S.A.A Emitentdə vəzifəsi Emitentdən kənarda vəzifəsi Nizamnamə kapitalında payı
Gəray Dadaşov Yoxdur RIA Novosti İnformasiya agentliyinin
Azərbaycan üzrə xüsusi müxbiri Yoxdur
Kəramət Əliyev Yoxdur TEXNIKABANK ASC Türkiyə üzrə nümayəndə50 %
Samir Vəliyev Yoxdur TİD Consulting şirkətinin direktoruYoxdur
Təsisçilər haqqında məlumat
S.A.A Ünvanı Vətəndaşlığı
Cəfərova Xatın Hümmət qızıBakı ş. Haqverdiyev küç. 568 ev 2 m 34Azərbaycan
Əliyev Kəramət Etibar oğluBakı ş. Şərq küç. Ev 125/3Azərbaycan
Emitentin nizamnamə kapitalında 10% və daha artıq həcmdə səhmlərə sahib olan fiziki şəxslər –4 (dörd) nəfər
S.A.AAdi adlı səhmlərin sayı(ədəd) Payı(%)
Cəfərova Xatın Hümmət qızı1 pay50 %
Əliyev Kəramət Etibar oğlu1 pay50 %
Emitentin nizamnamə kapitalında hüquqi şəxslərin payı yoxdur
Emitentin elan edilmiş nizamnamə kapitalı 70 000 AZN təşkil edir.
7.Emitentin Kənar Auditoru
Bank olmayan Kredit Təşkilatının kənar auditoru: «Kernur» audit şirkətidir.
Ünvan: Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 81.
Telefon: (99412) 596 65 53
Web: www.kermur.com
8. Emitentin nümayəndəiliyi, filialları və şöbələri haqqında məlumat
A) Emitentin nümayəndəliyi yoxdur
B)Emitentin filliallarının yoxdur
C)Emitentin şöbələri haqqında yoxdur
9. Emitentin tədavüldə olan qiymətli kağızlar yoxdur
10. Yerləşdirilən istiqrazlar haqqında məlumat
Buraxılış forması: təmin edilmiş, adlı, faizli, sənədsiz;
Buraxılışın ümumi həcmi – 300,000 (üç yüz min) AZN
Yerləşdirilən istiqrazların miqdarı – 300 (üç yüz) ədəd;
Bir istiqrazın nominal dəyəri – 1000 AZN
İstiqrazlar gəlirin üzrə illik faiz dərəjəsi .- 14%
İstiqrazların ödəniş müddəti – İstiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən 730 (yeddi yüz otuz) təqvim günü
Faizlərin ödənilməsi: İstiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən hər rübün son iş günü
30.12.2009 – ilk ödəniş
31.03.2010 – ikinci ödəniş
30.06.2010 – üçüncü ödəniş
30.09.2010 – dördüncü ödəniş
30.12.2010 – beşinci ödəniş
31.03.2011 – altıncı ödəniş
30.06.2011 – yeddinci ödəniş
30.09.2011 – səkkizinci ödəniş
istiqrazların nominal dəyərinin və hesablanmış faizlərin birlikdə ödəniş - (Sonuncu ödəniş)
İstiqrazlar üzrə faiz gəlirinin məbləği aşağıda göstərilən düsturla müəyyən edilir:
TF=N*G/100*D/365
TF – toplanmış faizlər;
N - Bir istiqrazın nominal dəyərinin ödənilməmiş hissəsi;
G – istiqrazların gəlirliyinin illik faiz dərəcəsi;
D – birinci ödəniş üçün, İstiqrazların yerləşdirilməsi tarixindən keçən günlərin sayı;
Və ya
D – sonrakı ödənişlər üçün, əvvəlki faiz ödəniş tarixindən keçən günlərin sayı .
Yerləşdirmənin başlanma tarixində İstiqrazların satış qiyməti İstiqrazın nominal dəyərinin 100 faizini, yəni 1000 (bir min) Azərbaycan manatı təşkil edir.
Yerləşdirmənin ikinci günündən etibarən İstiqrazları əldə etmək üçün potensial alıcılar İstiqrazların nominal dəyərinin ödənilməmiş hissəsi ilə yanaşı İstiqrazlar üzrə toplanmış faizi ödəməlidirlər.
Toplanmış faizin məbləği tam sentədək hesablanır. Bu zaman yuvarlaqlaşdırma riyazi yuvarlaqlaşdırma qaydasında aparılır.
İstiqrazların dəyəri nağdsız qaydada istiqrazların ödənilməsi tarixində emissiyanın həyata keçirildiyi valyuta ilə, yəni Azərbaycan manatı ilə ödənilir.
İstiqraz onun sahibinə aşağıda göstərilən hüquqları verir:
Bir istiqraz üzrə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanmış faizlərin alınması;
İstiqrazların tədavül müddəti sona çatdıqda onun nominal dəyərinin alınması;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlar;
İstiqrazların buraxılışı haqqında qərarın nömrəsi və tarixi: № İK MŞ-09/002, 2009-cu il
İstiqrazların buraxılışı haqqında qərar Müşahidə Şurası tərəfindən qəbul edilib
10.12 İstiqrazların yerləşdirilməsinin başlanma tarixi : istiqrazların buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra, 1 gün ərzində Bakı Fond Birjasının www.bse.az və emitentin www.investkredit.az internet səhifəsində dərc olunacaqdır.
İstiqrazların yerləşdirilməsinə emissiya prospektində olan məlumatların açıqlanması başlandığı tarixdən etibarən 1 (bir) təqvim günündən tez olmayaraq başlayacaq. İstiqrazların yerləşdirilməsi “Bakı Fond Birjası” vasitəsi ilə həyata keçirilir. (Ünvan: Azərbaycan Respublikası, Bakı ş., Bül-Bül pr.19. Lisenziya № 5 qüvvədə olma müddəti: müddətsizdir, tarix 21.07.00. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir )
İstiqrazların yerləşdirilməsinin baş çatma tarixi: – İstiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən 90 (doxsan) təqvim günü
İstiqrazların nominal dəyərinin ödənilmə tarixi: – İstiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən 730 (yeddi yüz otuz) təqvim günü
10.13İstiqraz üzrə faizlər, nağd və köçürmə yolu ilə ödənilir.
10.16 İstiqrazlara hüquqların depozitar uçotunu aparan təşkilat:
Tam adı: “Milli Depozit Mərkəzi” QSC .
Qısaldılmış adı: “Milli Depozit Mərkəzi” qapalı səhmdar cəmiyyəti .
VÖEN-i: 9900012631
Hüquqi ünvanı: AZ 1000, Bakı şəhəri, Bül-Bül prospekti, 17
Olduğu yer: AZ 1000, Bakı şəhəri, Bül-Bül prospekti, 17
Əlaqə telefonları: (12) 493-50-08; faks: (12) 598-35-50
Elektron poçtun ünvanı: [email protected]/* */ Depozitar fəaliyyəti həyata keçirmək üçün QKDK tərəfindən verilmiş lisenziya: qeydiyyat № 01, 15 fevral 2000-ci il tarixində müddətsiz verilmişdir.10.17 İstiqraz sahiblərinin reyestrini aparan təşkilat: İstiqraz sahiblərinin sayı iyirmi və daha az olduqda, onların reyestri Emitent tərəfindən aparılacaq. İstiqraz sahiblərinin sayı iyirmidən artıq olduqda, İstiqraz sahiblərinin reyestrinin aparılması qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcıya həvalə ediləcək
10.18 Emitent istiqraz sahiblərinin istiqrazlarla təsbit olunan hüquqlarının icrasını təmin etmək öhdəliyini daşıyır.
10.19 İstiqrazların buraxılış məqsədi- əlavə dövriyyə vəsaitlərinin cəlb olunması üçün.
11. Təminatçı haqqında məlumat
Adı: Texnikabank Açıq Səhmdar Cəmiyyəti
VÖEN: 9900000681
Təminatı təsdiq edən sənəd: bank təminat məktubu: № _03/6461-09, «_06_» _Oktyabr_ 2009
Təminatın məbləği: 384 000 (üç yüz səksən dörd min) AZN
Hüquqi ünvanı: Bakı ş., Atatürk pr. 1107, poçt indeksi: AZ 1069.
Təminatın müddəti: İstiqrazlar üzrə yaranmış öhdəliklər tam icra olunanadək
12. İstiqrazların yerləşdirilməsini həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı haqqında məlumat:
Tam adı: «Texnika Kapital Menecment» məhdud məsuliyyətli cəmiyyəti.
Qısaldılmış adı: «Texnika Kapital Menecment» MMC
VÖEN: 18000169281
Hüquqi ünvanı: Bakı ş., Atatürk pr. 1107, poçt indeksi: AZ 1069.
Əlaqə telefonu: Telefon: (99412) 465-25-54; Faks: (99412) 465-25-54
Qiymətli kağızlar bazarının peşəkar iştirakçısının lisenziyası:
- diler fəaliyyətinin həyata keçirilməsinə 78 №-li lisenziya 5 (beş) il müddətinə 12 yanvar 2007-cı il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir.
- broker fəaliyyətinin həyata keçirilməsinə 93 №-li lisenziya 5 (beş) il müddətinə 14 mart 2008-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir
13. İstiqrazlar üzrə təminatın sərəncamçısını həyata keçirən qiymətli kağızlar bazarının peşəkariştirakçısı haqqında məlumat:
Tam adı: «Texnika Kapital Menecment» məhdud məsuliyyətli cəmiyyəti.
Qısaldılmış adı: «Texnika Kapital Menecment» MMC
VÖEN: 18000169281
Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi: 0102-A-494
Hüquqi ünvanı: Bakı ş., Atatürk pr. 1107, poçt indeksi: AZ 1069.
Əlaqə telefonu: Telefon: (99412) 465-25-54; Faks: (99412) 465-25-54
Qiymətli kağızlar bazarının peşəkar iştirakçısının lisenziyası:
- diler fəaliyyətinin həyata keçirilməsinə 78 №-li lisenziya 5 (beş) il müddətinə 12 yanvar 2007-cı il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir.
- broker fəaliyyətinin həyata keçirilməsinə 93 №-li lisenziya 5 (beş) il müddətinə 14 mart 2008-ci il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir
13.1 Öhdəliklərin icrası: İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən icra olunmadığı halda istiqraz sahibləri sərəncamçıya yazılı şəkildə tələb yönəldirlər. Sərəncamçı istiqraz sahiblərinin yazılı müraciətini aldıqda sonra 2 (iki) iş günü ərzində banka müracət edərək öhdəliklərin yerinə yetirilməsini tələb edir. İstiqrazlar üzrə öhdəliklər icra edilmədikdə, sərəncamçı və istiqraz sahibləri məhkəməyə müraciət etmək hüququna malikdirlər.
13.2 Təminat predmetinin öhdəlikdən azad olunması: istiqraz üzrə yaranmış öhdəliklər emitet tərəfindən ödənildikdə veya emitet tərəfindən ödənilmədiyi halda təminatçı qısmində çıxış edən bank tərəfindən tam icra olunduqdan sonra təminatın predmeti öhdəliklərdən azad olunur.
14.İstigrazların satışına məhdudiyyət yoxdur.
İstiqrazların sahibləri, onların tədavül dövrü ərzində, istiqrazların sərbəst sürədtə satıb və üsulla özgəninkiləşdirmək hüququna malikdilər.
Onuda qeyd edək ki, bu sadəcə olaraq "Vətəninfo.az"ın əldə etdiyi sənədlərin bir qismidi və bunula bağlı digər yazılarda həmin sənədləri oxucularımıza təqdim olunacaq