Dövlət əmlakın satan idarə rəisi işdən qovuldu
“Vətəninfo.az”ın 26.07.2012-ci il tarixli sayında “450 metr SİP-Kabel 1600 AZN-ə satıldı, İmişlidə dövlət əmlakı talan edilir” başlıqlı məlumatı öx təsdiqini bir daha tapıb. Qeyd edək ki, həmin məlumatda İmişli Regional Elktrik Şəbəkənin rəis müavini İslam Ağayevin vasitəçiliyi ilə, Regional Elektrik Şəbəkənin anbarından, satışı qadağan olunan 450 metir SİP-kabel Cavadxanlı kənd sakini Nəsirov Mirzə Kərəm oğluna 1600 AZN məbləği qarşılığında satıldığını, bunun İslam Ağayevin birinci işi olmadığı və davamlı olaraq, REŞ-yə məxsus müxtəlif adda məhsullar qeyriqanuni olaraq əldən çıxartdığı. 450 metir vip kabellərin xüsusi əhəmiyyətli sahələrədə istifadəsin diqqətə alsaq, İ.Ağayevin bu addımına bəraət qazandırmağın qeyri mümkünsüz olduğunu bildirmişdik. Onuda qeyd etmişdik ki,, 450 metir vip kabel Cavadxanlı kənd sakini Nəsirov Mirzə Kərəm oğlu tərəfindən “Un” dyirmanında istifadə ediləcək. “Vətəninfo.az”ın yazdığı bu məlumat öz təsdiqini tapsada, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev bu qanunsuzxluğu aradan qaldırıb, lazımı tədbirlər görmək əvəzinə və korrupsioner və rüşvətxor məmurlara qarşı mübarizə aparmaqdan. Daha çox susdu. Amma Azər Enerjinin prezidenti Etibar Prverdiyev susmadı və olanlara göz yumaraq dövlət əmlakının insafsızcasına talanına biganə yanaşmadı. “Vətəninfo.az”a daxil olan məlumata görə, birbaşa Etibar Pirverdiyevin əmri ilə İmişliyə gələn Azər Enerji rəsmiləri İmişli Regional Enerji Təchizatı İdarəsi rəisi Rövşən Rəsulov ilə görüşüblər və ondan anbarı açması , anbarda ümumilikdə neçə metir SİP –kabelin olduğu soruşulub. Eyni zamanda ümumilikdə idarəyə verilən SİP-Kabelin həcmi soruşulub. Rövşən Rəsulov bunun səbəbin soruşada onlara, “Vətəninfo.az”da dərc olunan məlumat göstərilib və 450 metir SİP-Kabelin harda olduğu soruşulub. Mənəbnin sözlərinə görə, R.Rəsulov faktı danmaq istəs əd, yuxarıdan kələn nümayəndələr, 450 metir VİP-Kabelin sayıldığı Cavadxanlı kənd sakini Nəsirov Mirzə Kərəm oğluunu evinə üz tutublar. Azər Enerji nümayəndələri gördüklərinə inanmayıblar və 450 metir SİP-Kabelin Mirzə Nəsirov məxsus həyətdə aşkarlanıb. Maraqlıdır ki, hadisə yerinə Azər Enerji təmsilçiləri hüquq mühafizə orqanlarının təmsilçiləri ilə getməyiblər və hadisə ilə bağlı yerindəcə dövlət əmlakının mənimsənilməsi fakı üzrə səndələşmə aparılmayıb. Məlumata görə, Mirzə Nəsirov kabelə pul ödəyərək aldığını bildirib və bundan sonra, İmişli Regional Enerji Təchizatı İdarəsi rəisi Rövşən Rəsulovun qara geünü başlayıb. Yuxarıdan gələn nümayəndələr elə yerindəcə idarə rəisini işindən azad ediblər və Bakıya Etibar Pivverdiyevə məlumat verilib. Amma maraqlldır ki, cənab Pirverdiyev yalınız idarə rəisini işdən azad etməklə kifayyətlənib. Amma mənbənin sözlərinə görə, regional enerji idarəsinin rəisi bu işləri təklikdə görməyib və bu dövlət əmlakının talan olunmasında idarə rəisinin müavinləri İslam Ağayevin, Bakıxan Nəsirovun, Namiq Şirinovun, Tofiq Ocağovun və Vuqar Kazımov bir başa məsuliyyət daşıyırlar. Yəni idarəyə işçilərin götürülməsindən tutmuş, idarəyə daxil olan mallara kimlər cavabdeh olubsa, bu şəxslər hər biri Rövşən Rəsulov qədər günahgardılar. Amma yenə də bu məsələnin əsas mahiyyətini və orda baş verənləri hüquq mühafizə orqanları və karrupsiyaya Qarşı mübarizə idarəsi dəqiqliyi ilə açıb ortaya qoya bilrə,Biz isə o faktları cəmiyyətə media olaraq çatdırmaqda hökümlüyük. İslam Ağayevin, Bakıxan Nəsirov, eyni zamanda digərləri ilə bağlı tutarlı faktlar redaksiyamıza daxil olduqca olduğu kimi sizlərə təqdim edəcəyik.
Kənan