İsrail "Eurovision-2019″ mahnı müsabiqəsinə ev sahibliyi hüququnu itirmək təhlükəsi altındadır.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, buna səbəb İsrailin milli yayım şirkəti olan "Kan” telekanalının beş gün ərzində avropalı kuratorların (Avropa Yayım Birliyi) hesabına 12 milyon avro məbləğində girov qoymalı olmasıdır.
Məlumata görə, hökumət korporasiyanın büdcəsini artırmayacağını bəyan edəndən sonra "Eurovision” təşkilinə məsul olan "Kan” telekanalının rəhbərliyi Baş naziri Binyamin Netanyahu, maliyyə naziri Moşe Kahlon və rabitə naziri Ayub Karaya məktub göndərərək beynəlxalq müsabiqənin keçirilməsinin təhlükə altında olduğunu qeyd edib.
Məlumata görə, rabitə naziri korporasiyaya girov məbləğini bağlamaq üçün kredit götürməyi təklif edib, lakin "Kan” kredit şərtlərini rədd edib və üstəlik, bu il üçün büdcənin artırılmasını tələb edib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?