“Eurovision” yarışmasında Azərbaycan qələbə qazana bilərmi?

“Eurovision” yarışmasında Azərbaycan qələbə qazana bilərmi?
Bukmekerlər may ayında Kiyevdə keçiriləcək "Eurovision” mahnı müsabiqəsində hansı ölkənin nümayəndəsinin qalib gələcəyinə dair pul qoyuluşlarının qəbuluna başlayıblar.

Miq.az  Virtualaz.org -a istinadən xəbər verir ki, Azərbaycan nümayəndəsinə pul qoyuluşu edənlər 51:1 nisbətində qazanca ümid bağlaya bilərlər.

Qələbəyə əsas namizəd kimi İtaliya təmsilçisi Françesko Qabbani göstərilir. İtaliyalının qələbə şansı cəmi 2,1:1 əmsalı ilə ölçülür, bu isə onun şəksiz favorit olması deməkdir.

Bukmekerlərin siyahılarında sonrakı yerləri Bolqarıstan, İsveç, Portuqaliya və Belçika tutur. Azərbaycan 9-14-cü yerləri bölüşdürür.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az