Eyni anda iki dövlət qurumunda Aparat rəhbəri işləyən məmur — Səhiyyə Nazirliyinin KOBUD SƏHVİ

Eyni anda iki dövlət qurumunda Aparat rəhbəri işləyən məmur — Səhiyyə Nazirliyinin KOBUD SƏHVİ

Xəbər verdiyimiz kimi, bu il fevralın 4-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Zəkiyyə Mustafayeva AQTA-nın Aparat rəhbəri təyin edilib.
Bu vəzifəyədək Zəkiyyə Mustafayeva Səhiyyə Nazirliyinin Aparat rəhbəri kimi çalışıb. 

Demokrat.az xəbər verir ki, təəccüblüsü odur ki, təyinatından 15 gün ötməsinə baxmayaraq, Zəkiyyə Mustafayeva hələ də Səhiyyə Nazirliyinin saytında Aparat rəhbəri kimi göstərilir.

Görünür, Nazirliyin məsuliyyətsizliyi və işə qeyri-peşəkar yanaşması nəticəsində Zəkiyyə Mustafayeva iki dövlət qurumunda eyni vəzifəni daşımaq "şansı" qazanıb.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az