Faciəvi qəzada ölən Lalənin qardaşı: "Bacı, 18 ildə sənə qardaşlıq edə bilmədim..."

Faciəvi qəzada ölən Lalənin qardaşı:

Mərhum tələbənin qardaşı bacısının yoxluğuna alışa bilmir

Bakı-Sumqayıt yolundakı faciəvi qəzada ağır yaralanan Lalə Nəsibzadə komadan ayılmayıb, dünyasını dəyişib. Miq.AZ-ın məlumatına görə, mərhum tələbənin qardaşı bacısının yoxluğuna alışa bilmir. O, yol qəzasında rəhmətə gedən Laləni xatırlayaraq kədərini belə ifadə edib.  

"Mən Nəsibəm, Sumqayıt şossesində baş vermiş qəzada komadan ayılmayıb rəhmətə gedən Lalənin qardaşı. O qardaş ki, bu 18 ildə nə bir qardaş kimi qardaşlıq eləməmiş, nə ona doyunca günlər yaşatmamış. O qardaş ki, axırıncı dəfə çatdırıb üzünü görə bilmədim. Allahdan 8 martda zəng edib səsini eşidə bilmişdim son dəfə. Amma nə biləydim bu sondur. Həqiqətən insan hər şeyin qədrini itirəndən sonra bilir. Demirəm ki, qədrini bilməmişəm, demirəm ki nəyisə əsirgəmişəm ondan, xeyr, amma nə bilim, kimsə onun haqqında soruşanda belə heç kimə adını belə deməyəcək qədərə qıymırdım. İlk dəfədir ki, bacımla bir şəkil paylaşıram, heç ağlıma gəlməzdi, həmçinin belə vəziyyətdə. Nə deyim, nələr deyim ki, ürəyim boşalsın. Allah köməyimiz olsun, başqa heç nə" (big.az) 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az