BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Azərbaycanda toxum sektorunun inkişafına dəstək” layihəsinə start verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
Nazirliyin məlumatına görə, layihənin başlanması ilə əlaqədar mayın 22-də, cümə günü Bakıda seminar təşkil edilib.
Seminarda FAO-nun Azərbaycan üzrə nümayəndəsi Mustafa İmir, nümayəndəliyin əməkdaşı Təranə Bəşirova, FAO-nun Mərkəzi Asiya üzrə Subregional Ofisinin baş texniki eksperti Hafiz Mumincanov, Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov iştirak edib.
Bundan başqa, layihənin Milli Koordinatoru, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, KT Nazirliyinin digər aidiyyəti şöbələrin təmsilçiləri, qeyri dövlət təşkilatlarının və toxumçuluq təsərrüfatlarının nümayəndələri olmaqla cəmi 38 nəfər də seminara qatılıb.
FAO-nun Azərbaycan üzrə nümayəndəsi Mustafa İmir açılış nitqi ilə çıxış edərək, layihəyənin həyata keçirilməsinə uğur arzulayıb.
Təqdimatlardan sonra keçirilən müzakirələrdə sektorun üzləşdiyi problemlər, imkanlar, qarşıda duran vəzifələr, kadr hazırlığı,toxum keyfiyyətinə nəzarət və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Seminarın yekununda layihənin həyata keçirilməsi üçün ətraflı iş planı hazırlanıb.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər