“İndeks” tikinti şirkətinin “Gənclik” metrostansiyası yaxınlığında apardığı tikinti işlərində maraqlı olay baş verib.
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, tikintidə çalışan fəhlələr ora gətirilən bir maşın qumun içindən 1899-cu ilin buraxılışı olan qızıl 5-lik və 10-luqlar aşkarlayıblar. Aşkarlanan qızılların sayı 300 olub. Fəhlələrin sevinci uzun sürməyib. Belə ki, bir neçə saatdan sonra Novxanıdan maşınlarla qum göndərənlər özlərini təcili tikinti aparılan “Gənclik”dəki ünvana çatdırıblar. Sən demə, onlar da Novxanıda maşına qum yükləyərkən külli miqdarda qızıl pullar aşkarlayıblar və “Gənclik”dəki tikintiyə daşıdıqları qumlarda da qızılın olduğunu biliblər.
Məsələ böyüyüb və işə Daxili İşlər Nazirliyi qarışıb. Əldə etdiyimiz məlumata görə, qumdan qızıl 5-lik və 10-luq tapan fəhlələrin hamısı nazirliyə çağırılıb.
DİN-dən isə belə bir məlumat aldıq ki, deyilənlər yalandır. E.Zahidov məlumatı araşdıracağını bildirib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?