Fərhad Əliyevin bibisi oğlu azadlığa buraxıldı

Fərhad Əliyevin bibisi oğlu azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş Rafəddin Əsgərov azadlığa buraxılıb.

Miq.az "Report”
a istinadən xəbər verir ki, müvafiq məhkəmə qərarı ilə R.Əsgərov cəzasının çəkilməmiş hissəsindən azad olunub. O, bu gün 6 saylı Cəzaçəkmə Müəssisindən sərbəst buraxılıb.

Qeyd edək ki, R.Əsgərov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin bibisi oğludur. O, 2010-cu ildə Ukraynanın Odessa şəhərində həbs edilib. R.Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb, barəsində Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Fərhad Əliyev və "Azpetrol” Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev 2005-ci il oktyabrın 19-da həbs olunub. 2007-ci ildə Fərhad Əliyev 10 il, Rafiq Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Fərhad və Rafiq Əliyev qardaşları azadlığa buraxılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az