Fransa Əliyevlə Sarkisyanın görüşünü təşkil etməyə hazırdır

Fransa Əliyevlə Sarkisyanın görüşünü təşkil etməyə hazırdır

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır.

AzadliqRadiosu xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jean Marc Ayrault deyib.

Əgər tərəflər danışıqları davam etdirib sülh sazişi imzalamaq istəsələr, Fransa bu görüşü təşkil etməyə hazırdır".

Jean Marc Ayrault bildirib ki, Fransa münaqişənin dinc, danışıqlar yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrpunun həmsədrlərindən biridir:

"Bu cür münaqişələr yalnız diplomatik yollarla həll oluna bilər", - deyə Ayrault bildirib.

Fransa xarici siyasət idarəsinin başçısı münaqişəylə bağlı status-kvonun saxlanmasına qarşı olduğunu da bildirib: "Status-kvonun saxlanması vəziyyəti daha da mürəkkəbləşdirən bir siyasi seçimdir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az