Fransa terrora dəstək çıxdı: Syriyada ABŞ- FRANSA ƏVƏZ EDƏCƏK
ABŞ Suriyadan çox qısa zamanda əsgərlərini çəkəcəyi, buna qarşılıq Fransanın Suriyaya əsgər göndərməyə başlayacağı açıqlamaları Ankaranl hərəkətə gətirdi. Təhlükəsizlik mənbələri dünən gecə baş verən bu maraqlı proseslərin yaxından təqib edildiyini bildirməklə yetindiler.
Fransa prezidenti Emmanuel Makonun, "YPG-yə dəstək zəmanəti verdik, Türkiyə ilə SDG arasında vasitəçi ola bilərik” açıqlamasından sonra Ankarada proseslər yaxın təqibə alındı.
Makronun yeni Suriya siyasətilə bağlı Fransanın Ankaradakı səfirini Türk tərəfini məlumatlandırmaq tapşırğı verildiyi iddiasına Ankaranın "Parisin mövqeyini terroru himayə etmə" kimi reaksiya verməsi gözlənilir.
Ankaranın rəsmi reaksiyasının bu gün başda prezident Tayyib Ərdoğan və Xarici İşlər Nazirliyi olmaqla, ən üst səviyyədə veriləcəyi gözlənilir.
Qeyd edək ki, prezident Tayyib Ərdoğan, qısa müddət öncə Makron ilə telefon danışığında Fransanın "Zeytun Budağı” Hərəkatına verdiyi reaksiyaları sərt bir dillə tənqid etmişdi.
Bu arada Ankara kulislərində Fransanın Suriyaya əsgər göndərmə qərarı ilə bağlı böyük birliyin terror təşkilatı PYD-nin yaratdığı SDG-lilərlə Menbiçdə görüş keçirdiyi iddiaları da danışılır. Təhlükəsizlik qaynaqları, "Fərat Qalxanı”, istərsə də "Zeytun Budağı” Hərəkatı prosesində sahədə bəzən Fransa əsgərlərinə rast gəlindiyi məlumatını də verdilər.
LİDERLƏR SAMMİTİNDƏ BAXILACAQ
ABŞ və Fransanın Suriya ilə bağlı aldığı qərarı Türkiyənin Moskva və Tehran hakimiyyətləri də müzakirə olunması gözlənilir. 4 apreldə Ankarada prezident Ərdoğanın ev sahibliyində Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçiriləcək Suriya ilə bağlı liderlər sammitində məsələ ətraflı şəkildə müzakirə olunacaq.
Miq.Az