Fransada ermənilər politoloq Didye Şodenin məqalələrini yaymaqdan niyə imtina ediblər?

Fransada  ermənilər politoloq Didye Şodenin məqalələrini yaymaqdan niyə imtina ediblər?
Aprelin ilk günlərində Dağlıq Qarabağda ermənilərin törətdiyi qanlı hadisələr Avropa ölkələrinin çoxunda, xüsusən də Fransa cəmiyyətində böyük həyəcan yaradıb. Baş verən hadisələrin gedişi, səbəbləri və nəticələri Fransa ictimai- siyas mühitində və Fransa mediasında genişişıqlandırılır. Ənənəvi olaraq media orqanları vasitəsilə manipulyasiya etməyə və dezinformasiyalar yaymağa müvəffəq olan ermənilər və ermənipərəst qüvvələr bu dəfə çətinliyə düşüblər.  Azərbaycan həqiqətləri və xüsusilə,  Dağlıq Qarabağ hadisələri haqqında Fransa cəmiyyətində getdikcə daha çox yer alan obyektiv məlumatlar Fransada yaşayan erməni diasporasını rahatsız etməyə başlayıb. Frans ateleviziya kanallarında və mətbuatın da regiondakı reallıqları düzgün əksetdirən və Azərbaycanın mövqeyini dəstəkləyən hər hansı bir məlumat dərhal ermənilər tərəfindən etirazla qarşılanır.
 
Bu günlərdə  Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini mətbuatda açıqlamaq istəyən  fransalı politoloq Didye Şodenin kiçik həcmli məqalələri bir çox redaksiyalarda işləyən erməni jurnalistlər tərəfindən əsl senzuraya məruz qalıb və onun məqalələrini yaymaqdan imtina ediblər.  
 
Nəhayət, söz azadlığı prinsiplərinə sadiqlik nümayiş etdirərək cənab Şodenin məqalələrini öz səhifələrində yerləşdirmiş «Reforme» analitik xəbər portalı isə çoxsaylı ermənilər tərəfindən amansız  təhdidlərə məruz qalıb. İş o yerə çatıb ki, redaksiya rəhbərliyi müəllifdən üzr istəyərək məqalələri öz saytından çıxarmaq istəyib. Lakin müəllif Didye Şodenin təkidli xahişlərindən sonra redaksiya onun məqalələrini öz saytında saxlamaq qərarına gəlib.
 
P.S. Bu barədə məlumat verən Milli Məclisin üzvü, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Cavanşir Feyziyev həmin məqalələrin tərcüməsini təqdim edib və aşağıda həmin məqalələrin mətnini oxucularımıza təqdim edirik. Fransız və ingilis dillərini bilən oxucularımızdan  [email protected]   və [email protected]  ünvanlarına yazmaqla məqalələrdə ifadə olunan fikirlərə  münasibətini  və müəllif Didye Şode-yə ( Mr Didier Chaudet ) öz təşəkkürlərini bildirməyi xahiş edirik.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az