Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə akiyaçılar arasında qarşıdurma baş verib.
Qarşıdurma zamanı iki polis polkovniki qətlə yetirilib. Sosial şəbəkələrdə onlardan birinin öldürülməsi anının videosu paylaşılıb.
Miq.Az xəbər verir ki, vətəndaşlar sosial şəbəkələrdə ölkənin sabitliyini, xalqın azadlığını, rahatlığını qoruyan polislərə qarşı bu cür vəhşiliyi kəskin qınayıblar və hüquq-mühafizə orqanlarından bu cinayətkarlara qarşı ən sərt tədbirlər görülməsini tələb ediblər.
Azərbaycanın sabitliyinə əl uzatmış radikalların bu əməli erməni vəhşiliyi ilə müqayisə edilir.
Polis əməkdaşlarından birinin qətlə yetirildiyi anın görüntüsü bu vəhşiliyin miqyasını təsəvvür etməyə imkan verir: