GunAz TV-yə görə 50 şallaq

GunAz TV-yə görə 50 şallaq

Təbrizin Səhənd stadionunda “Traxtur”la Xuzistanın “Fulad” futbol taqımları arasında keçirilən oyun təbrizlilərin qələbəsi ilə sona çatıb. İran üzrə futbol klublarının superliqa oyunlaırnın 30-cu həftəsində keçirilən oyunda “Traxtur” tərəfindən 2 qol vurulub. Bununla da “Traxtur-Fulad” müsabiqəsi (2 - 0) hesabı ilə Təbriz komandasının xeyrinə yekunlaşıb. Qeyd edək ki, “Traxtur” bu qələbədən sonra 56 imtiyaza malik oldu və cədvəlin 2-ci yerinə yüksəlib. Təbrizin Səhənd stadionunda “Salar Turi və Vəhid Həbib Çeşməni” azad edin" şüarları yazılan vərəqələr də yayılıb. Qeyd edək ki, Salar Turi və Vəhid Həbib Çeşmə Dünya Ana Dili günü 2012-ci il fevralın 21-də Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıblar. Onlar hazırda 50 gündür Təbrizin mərkəzi zindanında saxlanılır.  Bu arada Təbriz məhkəməsi azərbaycanlı fəal Həsən Ərki 50 zərbə şallağa məhkum edib. Həsən Ərk İslam Cümhuriyyətinin rəhbəri və Şərqi Azərbaycan əyalətinin polis qüvvələrinə qarşı böhtan deməkdə ittiham edilərək, dəfələrlə mühakimə olunub və nəhayət 50 zərbə şallağa məhkum edilib.  Həsən Ərkin barəsində irəli sürülən ittihamlar onun vaxtı ilə GünAz. TV ilə danışdığı üçündür. Ərkin vəkili bəyan edib ki, müvəkkili barədə çıxarılan qərarın heç bir qanuni izahı yoxdur. Ona görə ki, Ərkin işarə etdiyi məqamlar mətbuatda yayılıb və o, mətbuata istinadən danışıb.

“müsavat.com”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az