“Gündəm Xəbər” qəzetinin rəhbəri həbs olundu
"Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub.
Miq.Az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında Ş.Çəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Çəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar.
Missiya.Az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək məqsədilə Ş.Çəfərinin xanımı ilə əlaqə saxlayıb. O, faktı təsdiq etsə də yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib: "Bizə heçnə demədilər. Evdə axtarış apardılar və sonra da Şirini apardılar. Hara apardıqlarını isə demədilər”.
Miq.az