Gürcüstan Azərbaycanla Ermənistan arasında seçim etdi

Gürcüstan Azərbaycanla Ermənistan arasında seçim etdi
Beynəlxalq Respublika İnstitutunun məlumatı heyrət doğurur

Gürcüstanın vacib tərəfdaşlarından biri Azərbaycandır.

İstiPress-in məluatına görə, bu barədə Beynəlxalq Respublika İnstitutu (IRI) tərəfindən Abxaziya və Cənubi Osetiya istisna olunmaqla  bütün Gürcüstan ərazisində əhali arasında aparılmış sorğu bəlli olub.
Sorğuya görə, respublikada ən vacib tərəfdaş Avropa Birliyidir. 42% ona səs verib. İkinci yerdə isə ABŞ gəlir, rəyi soruşulanların 33%-i Birləşmiş Ştatları Gürcüstan üçün ən vacib tərəfdaş sayıb.
Maraqlıdır ki, Gürücüstan sakinləri qonşu ölkələr içində özləri üçün ən vacib tərəfdaş kimi Azərbaycanı sayıblar. Rəyi soruşulanların 20%-i bu məsələdə Azərbaycana səs veriblər. Rusiyanı ən vacib tərəfdaş sayanlar 16%, Türkiyəni sayanlar 14%, Ermənistanı sayanlar isə 12%  olub.
 
"Bədbəxt Ermənistan!”
Azərbaycan lideri olmasına baxmayaraq, Ermənistanı seçənlərin olması da heyrət doğurur. Hər halda, Azərbaycan müstəqillik illərində həmişə Gürcüstana böyük iqtisadi yardım göstərir, hər bir çətinliyində yanında durur. Nəticələr bu istiqamətdə fəaliyyətimizi dərinləşdirməyi tələb edir.
Sorğu nəticəsində Gürcüstan üçün siyasi təhlükə olan ölkələr də müəyyən edilib. Rəyi soruşulanların 73%-i hesab edir ki, Gürcüstan üçnü siyasi təhlükə  qonşu Rusiyadır. ABŞ-ı təhlükə sayanlar isə 7% olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az