Gürcüstana 36 kq qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı tutulub

Gürcüstana 36 kq qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı tutulub

Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi” buraxılış məntəqəsində Gürcüstan ərazisinə 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
"Report” xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Bildirilir ki, qiymətli əşyalar "Mercedes” markalı sərnişin avtobusunda düzəldilmiş gizli yerdə aşkar edilib.

Faktla bağlı cinayət işi qaldırılıb. İndi Azərbaycan vətəndaşını 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az