Gövhər Həsənzadənin qızının 10 yaşı oldu

Gövhər Həsənzadənin qızının 10 yaşı oldu

Ad günü şəhər kənarında keçirilib

Vətəninfo.az-ın məlumatına görə, şəhərin bütün elitasi balaca Nilgünün doğum gününə yığışmışdı. Nüfuzlu iş adamları, millət vəkili Qənirə Paşayeva da gələn qonaqlar arasında olub. Şoubiznes nümayəndələri də şənlikdə iştirak ediblər və hətta tanınmışlar övladlari, həyat yoldaşları ilə birgə ailəlikcə gəliblər.

Onların sırasında Elnur, Natavan Həbibi, İlhamə Quliyeva, Yaşar Baxış, Nigar İbrahimova, Kərim Abbasov və Xatirə İslam həyat yoldaşları ilə, Mübariz Tağıyev həyat yoldaşı Svetlana xanımla, qızları Aydan və Aysel və nəvələri Aylana və Aliyyə ilə birgə, Zülfiyyə Xanbabayeva qızı Dənizlə,  bəstəkar Vaqif Gərayzadə qızları Banuçiçək və  Əsmərlə,  Lalə Mənmədova qızı Nərgizlə, Bahar Lətifqızı qızı Sevgi ilə, onun prodüseri Vəfa Nuriyeva qızı Nurayla, aparıcı Afaq Gəncəli oğlu Qədirxanla, Nilgünün rəfiqələri və sinif yoldaşları da olublar. Ad gününün aparıcısı aktyor Elşən Cəbrayılov da doğum günü şənliyinə həyat yoldaşı və oğlu Şahin ilə birgə gəlib.



Qeyd edək ki, Kərim Abbasov, Almaz  Ələsgərova, Natavan Həbibi, Lalə Məmmədova, Xatirə İslam, İlhamə Quliyeva öz mahnı sovqatları ilə məclisə rəng qatıblar.



 
Məlumat üçün bildirək ki, xanım Həsənzadənin qızının ad günündə Kərim Abbasov, Almaz Ələsgərova, Elnur ilk dəfə olaraq yeni mahnılarını məhz şənlikdə səsləndirdilər. Hər üç mahnının müəllifi  Gövhər Həsənzadədir. Almazın ifa etdiyi mahnı isə xüsusi olaraq Nilgün üçün yazılıb.


 
Ad günündə uşaqların sevimlisi kloun Mimişka ilə nağıl personajlarından Spançbob və onun dostu Patrik də çıxış edərək, nəinki uşaqları, hətta böyükləri də əyləndirib.

“Kəndir dartma” , “Stəkanlarla piramida  yığmaq” , “Stul və ip” kimi oyunlar keçirərək uşaqları sevindirən kloun Mimişkanın oyununa Gövhər Həsənzadə və Elşən Cəbrayılov da qatılıblar. “Stul və ip” oyununda Gövhər Həsənzadə rəqibinə qalib gəlib.



Qonaqlar ilə bahəm ad günündə Gövhər Həsənzadənin valideynləri, bacıları və yaradıcı heyəti də iştirak edib.



Anadan olandan bu günə qədər Nilgünün hər doğum gününü, şad və önəmli günlərini lentə alan fotoqraf Qasım Kərimov bu yubiley günündə də iş başında olub.



Nilgünün doğum gününün ən maraqlı məqamı tort kəsildikdən sonra başlayıb. Ad günü keçirilən məkanın həyətinə gətirilən atlar böyük heyrətə səbəb olub. Uşaqlar ata minib, dövrə vurublar. Uşaqlar ilə birgə vizajist-stilist Nigar İbrahimova da atlar sürprizinə biganə qalmayıb. O, atlarla birgə fotosessiya etdirib.

Möhtəşəm doğum günü şənliyinin sonunda isə atəşfəşanlıq olub.

Ceyran Neriman





 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az