Göyçayda bıçaqlanma hadisəsi baş verdi-Keçmiş qohumlar bıçağa əl atdılar

Göyçayda bıçaqlanma hadisəsi baş verdi-Keçmiş qohumlar bıçağa əl atdılar

Göyçay rayonunda keçmiş qohumlar arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

Hadisə martın 29-da saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Rayon sakini 1980-ci il təvəllüdlü Allahverdiyev Müşfiq Ağayusif oğlu keçmiş həyat yoldaşının qardaşı  Potu kənd sakini 1986-cı il təvəllüdlü İsgəndərov İlqar Əli oğluna döş qəfəsi və ayaq nahiyyəsindən 3 bıçaq xəsarəti yetirib.
Hadisə məişət avadanlıqları mağazasının qarşısında baş verib.

Məlumata görə, hadisə zamanı Müşfiq Allahverdiyev şəxsi avtomobilindəki dəmir əşya ilə mağazanın şüşələrini də sındıraraq qaçıb. Ağır bədən xəsarəti alan İlqar İsgəndərovu təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Müşfiq Allahverdiyev bununla hirsi soyumayıb Göyçay Rayon Xəstəxanasına hücum çəkib. Hadisəni törədən Müşfiq Allahverdiyev tutularaq istintaqa təhvil verilib. Miq.az xəbər verir ki, Müşfiq Allahverdiyevin qardaşı Anar Allahverdiyev Dövlət Gömrük Komitəsində broker işləyir. Mövzunu diqqətdə saxlayacağıq.
 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
Hadisə ilə bağlı yenicag.az xəbər verir ki, Müşfiq Allahverdiyev Gömrük Komitəsinin əməkdaşlıq etdiyi Anar Allahverdiyevin qardaşıdır. Qardaşların adı bir müddət öncə də ailə-məşiət davası ilə bağlı gündəmə gəlmişdi.
A.Allahverdiyevin adı MTN-dən qovulan və həbs olunan cinayətkar qrupla birlikdə anılır. Qardaşların həbsxanada intihar edən əslən göyçaylı ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin vasitəsi ilə milyonlar sahibi olduğu və son illərdə gömrükdə MTN cəlladı Akif Çovdarovun adına broker işi gördüyü vurğulanır.
 
Miq.az


                



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az