İbrahim Sadıqov: «Arif Seyidov Heydər Əliyev Muzeyini başqa məqsədlər üçün istifadə edir"
Ədalətsizliklə üzləşən vətəndaş icra başçısının təzyiqlərinə görə, evini satışa çıxarıb
Göygöldən şikayətlərin sayı artır. Vətəndaşlar yerli qurumların, məmurların qanuna zidd hərəkətlərindən şikayət edirlər. Narazıların əksəriyyəti icra başçısı Arif Seyidovu güunahkar görür.
Qəzetimizə müraciət edən Göygöl sakini İbraim Sadıqov da icra başçısından şikayətlənir. Dövlət qurumlarına saysız-hesabsız müraciətlər göndərən vətəndaş şikayətlərinə baxılmadığını deyir.
İbrahim Sadıqov deyir ki, 25 ildən artıqdır ki, ona məxsus torpaq sahəsini icra başçısı əlindən alıb: «25 ildir ki, evimin həyətyanı sahəsinə ağaclar əkmişəm. İndi Arif Seyidov tələb edir ki, sahəni könüllü şəkildə ona verim. Deyir dövlət obyekti tikilməlidir. Əgər dövlət ehtiyacı üçün alınırsa, mənə kompensasiya verilməlidir. Mən artıq təzyiqlərə dözməyərək, evimi satışa çıxarmışam».
Onu da qey edək ki, İbrahim Sadıqov evinin pəncərəsi önündə «Arif Seyidov! Sənin əlindən evimi satıram» sözləri yazılan plakat da asıb.
İ.Sadıqovun sözlərinə görə, həmin elanı əvvəlcə küçədən assa da rayon polis əməkdaşları buna imkan verməyib: «İndi evin pəncərəsindən asmışam. Mənə artıq bu rayonda yaşamağa imkan verilmir. Övladlarım evdən bayıra çıxa bilmirlər. Şikayətlərimə görə, onlara qarşı təxribat etmək istəyirlər».
A.Seyidovun indiki hökumətə xəyanət yolunu tutduğunu deyən vətəndaş ona qarşı daha bir sərt ittiham irəli sürüb: «Rayon mərkəzindən aralıda görünən möhtəşəm bina guya Heydər Əliyev Muzeyidir. Bu necə muzeydir ki, gözətçidən başqa kimsə olmur. Ümumiyyətlə, qapısı vətəndaşların üzünə bağlıdır. Çünki, bu binadan muzey kimi istifadə olunmur. Arif Seyidov oranı gecələr başqa məqsədlər üçün istifadə edir. Hava qaralan kimi özü oraya gəlir…».
Vətəndaşın şikayəti ilə bağlı icra başçısı Arif Seyidova dünən gün ərzində etdiyimiz zənglər cavabsız qaldı. Göygöldən şikayətlərin sayı artır. Vətəndaşlar yerli qurumların, məmurların qanuna zidd hərəkətlərindən şikayət edirlər. Narazıların əksəriyyəti icra başçısı Arif Seyidovu güunahkar görür.
Qəzetimizə müraciət edən Göygöl sakini İbraim Sadıqov da icra başçısından şikayətlənir. Dövlət qurumlarına saysız-hesabsız müraciətlər göndərən vətəndaş şikayətlərinə baxılmadığını deyir.
İbrahim Sadıqov deyir ki, 25 ildən artıqdır ki, ona məxsus torpaq sahəsini icra başçısı əlindən alıb: «25 ildir ki, evimin həyətyanı sahəsinə ağaclar əkmişəm. İndi Arif Seyidov tələb edir ki, sahəni könüllü şəkildə ona verim. Deyir dövlət obyekti tikilməlidir. Əgər dövlət ehtiyacı üçün alınırsa, mənə kompensasiya verilməlidir. Mən artıq təzyiqlərə dözməyərək, evimi satışa çıxarmışam».
Onu da qey edək ki, İbrahim Sadıqov evinin pəncərəsi önündə «Arif Seyidov! Sənin əlindən evimi satıram» sözləri yazılan plakat da asıb.
İ.Sadıqovun sözlərinə görə, həmin elanı əvvəlcə küçədən assa da rayon polis əməkdaşları buna imkan verməyib: «İndi evin pəncərəsindən asmışam. Mənə artıq bu rayonda yaşamağa imkan verilmir. Övladlarım evdən bayıra çıxa bilmirlər. Şikayətlərimə görə, onlara qarşı təxribat etmək istəyirlər».
A.Seyidovun indiki hökumətə xəyanət yolunu tutduğunu deyən vətəndaş ona qarşı daha bir sərt ittiham irəli sürüb: «Rayon mərkəzindən aralıda görünən möhtəşəm bina guya Heydər Əliyev Muzeyidir. Bu necə muzeydir ki, gözətçidən başqa kimsə olmur. Ümumiyyətlə, qapısı vətəndaşların üzünə bağlıdır. Çünki, bu binadan muzey kimi istifadə olunmur. Arif Seyidov oranı gecələr başqa məqsədlər üçün istifadə edir. Hava qaralan kimi özü oraya gəlir…».
Vətəndaşın şikayəti ilə bağlı icra başçısı Arif Seyidova dünən gün ərzində etdiyimiz zənglər cavabsız qaldı.