Hacı Əbdül 77 yaşında ata oldu - Əbdül-2

Hacı Əbdül 77 yaşında ata oldu - Əbdül-2

Bir neçə gün öncə tanınmış din xadimi, "Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov növbəti dəfə ata olub.
 
Miq.Az-ın Modern.az-a istinadən xəbərinə görə,  77 yaşlı Hacı Əbdülün ikinci həyat yoldaşından daha bir oğlu doğulub:
 
"Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2”.
 
Xatırladaq ki, hazırda 77 yaşı olan Hacı Əbdül Əbdülovun birici həyat yoldaşından Məhəmməd adlı bir oğlu var. 
 
İndi doğulan uşağa da eyni adın qoyulması nəticəsində bir ailədə 3 Əbdül olub – biri ata, 2-si oğul.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az