Hakerlər “WhatsApp” yazışmalarınızı oxuya biləcək

Hakerlər “WhatsApp” yazışmalarınızı oxuya biləcək

Əldə edilmiş məlumatları araşdıraraq, kimin kimlə yazışmasını bilmək mümkündür

Hakerlər "Facebook” şirkətinə məxsus "WhatsApp” messencerində sizin şəbəkədə keçirdiyiniz vaxtı, kimlə ünsiyyət saxladığınızı öyrənə bilərlər. Bu halda onlayn statusu göstərən funksiyanın deaktiv edilməsi kömək etməyəcək.

İstiPress ICTnews-a istinadən xəbər verir ki, qurğuya müdaxilə üçün hansısa bir qeyri-adi qabiliyyətə malik olmaq lazım deyil.

Proqramlar haqda orta təsəvvürə malik olan istənilən noutbuk  sahibi internet aktivliyi haqda fərdi məlumatları ələ keçirmək qabiliyyətinə malikdir. Onlayn status əsas boşluqdur. "Google Chrome” brauzeri üçün genişlənməni quraşdıraraq, istifadəçidən xəbərsiz onun fəallığını qeydə almaq olar.

Əldə edilmiş məlumatları araşdıraraq, kimin kimlə yazışmasını bilmək mümkündür.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az