Hakimiyyət Milli Şuranın 26 yanvar mitinqinə icazə vermir

Hakimiyyət Milli Şuranın 26 yanvar mitinqinə icazə vermir

Bakı meriyası cümə axşamı Demokratik Qüvvələrin Milli Şurasının yanvarın 26-da mitinq keçirilməsi haqqında xahişini təmin etməyib.

Milli Şuradakı mənbələrdən Turan-a verilən məlumata görə, meriyanın imtina cavabı onunla əsasıandırılıb ki, Milli Şuranın 19 yanvar tarixli əvvəlki mitinqindən sonra və yanvarın 20-də Şəhidlər Xiyabanının ziyarəti mərasimi zamanı ictimai asayişin pozuntusuna yol verilib.

Bundan sonra paytaxtın polis rəisi Mirqafar Seyidov müxalifətin küçə aksiyalarının keçirilməsinə icazə verməmək çağırışı ilə meriyaya müraciət edib.

Xatırladaq ki, 19 yanvar mitinqindən sonra və 20 yanvar yürüşü zamanı iyirmiyə yaxın müxalifət fəalı ictimai asayişin pozulması ittihamı ilə həbs edilib.

Demokratik Qüvvələrin Milli Şurası iclas keçirmək və gələcək addımları haqqında qərar qəbul etmək niyyətindədir, deyə həmin mənbə bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az