HDP-çi kimi danışan icra başçısı- Akif Səlimov niyə PKK ovuna çıxıb?

HDP-çi kimi danışan icra başçısı- Akif Səlimov niyə PKK ovuna çıxıb?

"Dünyada qırx milyona yaxın kürd yaşayır. Əksəriyyəti də kompakt olaraq Suriya, İraq, Türkiyə, İran ərazilərində. Qardaş Türkiyədə iki il bundan öncəyə qədər konstitusiya səviyyəsində on milyondan çox kürd vətəndaşının milli kimlikləri, dilləri, mədəniyyətləri belə danılırdı.

İndiki Türk hökuməti bu haqsızlığı, ədalətsizliyi aradan qaldırmaq üçün qəti addımlar atmaqdadır. Türkiyədəki bəzi dairələrə, siyasi partiyalardakı qatı millətçilərə xoş görünmək, Azərbaycanın dövlət strukturlarında çalışan kürd əsilli məmurları top atəşinə tutmaqla siyasi divident qazanmağın vaxtı çoxdan keçib.. (link-http://www.haqqyolu.com/articles/view/2848/518)

 

Bu sözlərin müəllifi Laçın İcra Hakimiyyətinin başçısı Akif Səlimovdur. Sadəcə yazdığı məqalədən bir parçadır.

Kürdlər bizim qardaşımızdır, ölkəmizin diğər xalqlarının nümayəndələri kimi vətəndaşlarımızdı.

Lakin burda bir məsələ var Laçın icra başçısı məqalədəki sitatında eynən PKK-nın siyasi qanadı olan HDP-lilər kimi danışır.

"Mədəniyyət danılır, kimlik danılır, KÜRDLƏRİN HAQQI POZULUR”- bunları strateji tərəfdaşımız olan Türkiyə haqda demək və dövlətdə yüksək post tutmaq nə dərəcədə düzdür?

İndi Türkiyə saytları da bu məqamda, dövlətin PKK terrorçuları ilə daim mübarizə apardıqları zamanda icra başçısının bu sitatını manşet kimi versələr necə olar? İki qardaş dövlət arasında münasibətə zərbə olar ya yox?

Sözümüzün canı var, məsələ bundadır ki, Akif Səlimov yeri gələndə kürd kartından istifadə edir. Həm lehinə həm əleyhinə.

Məsələ siyasi dividenddə deyil. Məsələ onun tabeliyində olan və bir məmur kimi sərf etməyən şəxslərin ləkələnməsindən gedir.

İcra başçısı özünə yaxın media orqanları vasitəsilə belə məmurlar haqda çirkli kompromatar dərc etdirir, kimisinə PKK-çı, kimisinə nurçu adı qoyaraq təzyiq edir.

Avropa siyasi səhnəsində buna "cadugər ovu” deyirlər.

Akif Səlimov lazım olanda "kürdlərin haqqını” qoruyur, sərf etməyəndə "PKK” ovuna çıxır.

Bunun bir adı var- tabeliyində olanlara təzyiq, daha çox korrupsiya faktlarına şərait yaratmaq.

Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfidə dinləməyə hazırıq.

İdeologiya.az

 






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az