Həkimin oğlu xəstəxanada özünü bıçaqladı

Həkimin oğlu xəstəxanada özünü bıçaqladı
Bakıda xəstəxanada 19 yaşlı oğlan özünü bıçaqlayıb.

Hadisə 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü F.M. Nərimanov rayonu Ziya Bünyadov prospekti 48 ünvanından 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya gətirilib. 19 yaşlı gənc xəstəxanada özünü öldürmək məqsədi ilə bədən nahiyəsinə iki bıçaq zərbəsi vurub. Nəticədə o, ağır xəsarət alıb və 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

F.M.-nın yaxınlarının dediyinə görə, o, anası ilə dəfələrlə mübahisə edib. Nəticədə, anası onu 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya göndərib. Onun anası Təcili Təxirəsalınmaz Yardım Xidmətində həkim kimi fəaliyyət göstərir
Faktla bağlı araşdırma aparılır. (report)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az