“Hərbi xidmətdə olmayanlar hərbidən danışır” – Siyavuş Novruzov

“Hərbi xidmətdə olmayanlar hərbidən danışır” – Siyavuş Novruzov
"Silahlı qüvvələr Ali Baş Komandana tabedir. Bu sahəyəyə ictimai nəzarətin olmasının əleyhinəyəm. Bu iş hansı qeyri-hökumət təşkilatına tapşırılacaq, onların silahdan başı çıxırmı?”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O, orduya ictimai nəzarətin olması ilə bağlı təklifə etiraz edib: "Bəzən elə olur ki, hərbi xidmətdə olmayanlar hərbi haqqında qanundan danışır. Dünyada bu cür təcrübə var. Müqavilə əsasında formalaşan ordu olur, bu zaman ictimai nəzarətə ehtiyac yaranır”. 
S.Novruzov bildirib ki, orduya mütəxəssis rəhbərlik etməlidir: "Bir dəfə orduya rəhbərliyi riyaziyyatçıya həvalə etdik, nəticəsini gördük. Nələr baş verdiyi hamının yadındadı. Onun adını çəkmək istəmirəm, Milli Məclisə layiq deyil. Orduya profesionanal zabitlər olmalıdır. Media da Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməlidir”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az