"Hesab edirəm ki, banklar bu prosesdə daha fəal olmalıdırlar”
İlin sonuna kimi orta illik inflyasiya birrəqəmli səviyyədə qalacaq
"Azərbaycan
Beynəlxalq Bankının səhmlərinin dövlətə məxsus hissəsinin
özəlləşdirilməsinin icrası istiqamətində müvafiq tədbirlər görülür”.
Bunu
Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın
2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan
Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun
sözlərinə görə, sağlamlaşdırma çərçivəsində ABB-nin alacağı vəsaitlər
kreditləşmənin həcmini artırmağa, faiz dərəcələrini azaltmağa, sosial
iqtisadi proqramlar, o cümlədən ipoteka proqramına qoşulmasına imkan
verəcək.
Baş bankir qeyd edib ki, bank sektoru
ən pis ssenaridə ödəniş qabiliyyətini qoruyub saxlayacaq. E. Rüstəmov
bildirib ki, ilin əvvəlindən Mərkəzi Bankın tövsiyyəsi ilə 110 minə
yaxın kredit restruktizasiya edilib: "Bu da əhalinin borc yükünün
yumşaldılmasına xidmət edir. Bəzi uzanma dövründə bəzi banklar faiz
almırlar. Hesab edirəm ki, banklar bu prosesdə daha fəal olmalıdırlar”.
O,
bildirib ki, hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam
edir: "İl ərzində 7,5 mlrd. manat o cümlədən 5 mlrd. biznes krediti
verilib. Problemli kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi
6,5%-dir. Beynəlxalq standartlara görə kapital adekvatlılığı 8% olduğu
halda, Azərbaycanda bu göstərici 17%-dir.
Baş
bankir qeyd edib ki, bank sektorunun məcmu kapitalı son ildə 2 dəfə
artaraq 4,2 mlrd. manata çatıb: "Likdvidlik tələbi 2 dəfədən çox
üstələyir. Stress testlər göstərir ki, bank sektoru ən pis ssenaridə
ödəniş qabiliyyətini qoruyub saxlayacaq”.
"2016-cı
ildə kreditə çıxış imkanlarının genişləndirlməsi diqqət mərkəzində
saxlanılacaq. Real sektorun xüsusilə, kiçik və orta sahibkarlığın
maliyyə çıxışını artımaq üçün yeni təşəbbüslər göstəriləcək. Faizlərin
azaldılması ilə bağlı banklarla aktiv dialoq davam etdiriləcək”- deyə E.
Rüstəmov bildirib.
O, əlavə edib ki,
ipotekanın genişlənsirilməsi də prioritetlərdəndir: "İpoteka Fondunun
xətti ilə indiyədək 17 min 500 ailəyə 700 mln. manatdan artıq kredit
verilib. Banklar tərəfindən də yarım mlrd. artıq ipoteka krediti
verilib”.
"İlin sonuna ölkədə orta illik
inflyasiya birrəqəmli səviyyədə qalacağı gözlənilir” - deyən Elman
Rüstəmov qeyd edib ki, 2016-cı ildə Mərkəzi Bankın yürüdəcəyi pul
siyasəti hökumətin inflyasiya üzrə proqnozunun (təxminən 4%
səviyyəsində) reallaşmasına dəstək verəcək.