Həsənquliyev Qüdrət Müzəffər oğlu
Qüdrət Həsənquliyev 9 dekabr 1965-ci ildəNaxçıvan Muxtar RespublikasınınCulfa rayonundaƏbrəqunuskəndində anadan olub.1992-ci ildəBakı Dövlət Universiteti Hüquq fakültəsinifərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi,Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.
1993-cü ildənAzərbaycan Xalq Cəbhəsisədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət heyətinin üzvü olub.2003-cü il Azərbaycan Respublikası prezidenti seçkilərindəAzərbaycan Xalq Cəbhəsi Partiyasındaniştirak etmiş və səslərin 0.5% toplamaqla 8 namizəd arasında 7-ci yeri tutmuşdu.
2001-ci ildəBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) yaradıb.
Qüdrət Həsənquliyev 9 Dekabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Nəsimi rayon prokurorluğunda müstəntiq, Dövlət katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb. 1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət heyətinin üzvü olub. 2001-ci ildən iki yerə parçalanmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşdirilməsi istiqamətində fəaliyyətə başlayıb. 2002-ci ilin avqustunda AXCP-nin birləşdirici qurultayında partiyanın sədri, (2004-cü il aprelin 3-də keçirilən növbəti təsis konfransında partiya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) adlandırılıb), 2003-cü il martın 5-də Milli Məclisin deputatı seçilib. 2003, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində partiyanın namizədi kimi iştirak edib. 2003, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə nəvbəti dəfə millət vəkili seçilib.
Parlament Jurnalistləri Birliyi tərəfindən 2004-cü ildə təqdim olunan «İlin ən fəal millət vəkili» nominasiyası üzrə «Mütərəqqi ideyalar müəllifi» mükafatıyla təltif olunub. 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013-cü illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən müxtəlif mətbuat orqanlarının nümayəndələri arasında keçirilən sorğuda ilin ən fəal beş millət vəkilindən biri seçilib. Azərbaycan Respublikası Mill Məclisinin NATO Parlament Assambleyasındakı və AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətlərinin üzvüdür üzvü, Azərbaycan-Malta parlamentlərarası dostluq qrupunun sədridir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2008 və 2013-cü ildə keçirilən qurultaylarında növbəti dəfə BAXCP-nin sədri seçilib. Evlidir, 2 övladı var.