"Həyatında nəyin necə olduğunu yaxşı bilirəm"
Aparıcı Zaur Kamal "5/5” verilişində müğənni Günel Ələkbərova ilə aralarında baş verən incikliyə aydınlıq gətirib.
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı ondan küsən ifaçının könlünü belə alıb:
"Biz
tamaşaçıya şounu təqdim edirik. Qonaqlarımız da özlərini şounun içində
hiss edirlər. Bundan incimək, küsmək lazım deyil. Ərk etdiyimiz
insanları studiyamıza dəvət edir, zarfatlaşırıq. Günel xanım haqda çox
yazdılar. Bunlar hamısı zarafat idi. Əyləncəni yalnız burda edirik. Şou
bitəndən sonra hər şey başqa cür olur. Kənardan insanlar irad bildirir.
Biz heç kimi heç kimlə üz-üzə qoymuruq. Günel xanım, ətrafda deyilənlərə
fikir verməyin. Bilirsiniz ki, mən sizi çox istəyirəm və həyatınızda
nəyin necə olduğunu yaxşı bilirəm. Bizim münasibətimiz yaxşıdır. Övladın
da, ailən də, həyat yoldaşın da var. Diləyirəm ki, axıra qədər də bu
cür olsun. Verilişə dəvət etdiyimiz qonaqlara dəyər veririrk”.
Qeyd edək ki, Z.Kamal verilişdə G.Ələkbərovaya bunları demişdi:
"Yoldaşın
evə gecə 12-də gəlir? Uşaq axıra kimi ata deyə biləcək? Deyirlər, toy
söhbəti oyun idi, gəldi və getdi. Bunun əlindən mikrofonu alın. Efirdə
özünü yaxşı, ağır apar. Şıltaqlığın lazım deyil. Verilişə gec və havalı
gəlmisən”.
Bu sözlərdən inciyən G.Ələkbərova "Heç kimin ixtyarı
yoxdur şəxsi həyatıma toxunsun. Mən övladımı halallıqla dünyaya
gətirmişəm. Qızımız atasının və mənim istəyimlə doğulub. Mən qızımı
sevdiyim insandan doğmuşam" deyə, açıqlama vermişdi.