İca başçısının növbəti siyasi səhvi

İca başçısının növbəti siyasi səhvi

Gözdən və könüldən iraq qalan Taxtakörpü qəsəbəsində Səlimovun özbaşnalığı davam edir.


Akif Səlimov 1 may 2015-ci ildə Laçın İcra Hakimiyyətinin akt zalında qəbul keçirdib. İcra başçısı qəbulda maddi yardım üçün müraciət edən vətəndaşlara,  "Ölkədə vəziyyət çox ağırdır, sizin pullar hamısı gedir Olimpiadiya üçün”- deyərək cavab veribdir.  Bu fikirlər Vətəninfo.az-ın elektron ünvanına Laçın rayon sakini Kərim Hüseynov tərəfindən göndərilən məlumatda iddia edilməkdədir.
 
Məlumatda vurğulanır ki, Akif Səlimov çıxışında dəfələrlə "Olimpiada bizim nəyimizə lazımdır, camahat acından ölür, onlar da pulu xərcliyir avropalılara" deyərək əslində çox böyük siyasi səhv buraxmışdır. Dolayısıyla bilməyərəkdən təmsil olunduğu hakimiyyətin gördüyü işlərə kölgə salır.

Məlumatda deyilir ki, bütün bunlar Səlimovun birinci səhvi deyil, yaxın günlərdə  tədbirlərin birində Fransada, İtalyada, İngiltərədə, Vatikanda  mədəniyyət sərgilərinə, musiqiyyə  xərclənən pullar haqqında  çıxışında öz narazılığını dilə gətirib.

İddiaya görə, Laçın rayonunun icra başçı təyin olunduğu gündən  indiyə qədər  vəzifəsindən sui-istifadə edərək küllü miqdarda vəsaitin axırına çıxmağı bacarıb. Qəsəbədə onun abadlıq və yenidənqurma adı altında gördüyü yarı-yarımçıq işlərin pulu büdcədən verilsə də, həmin vəsaiti yerli idarə və müəssisə rəhbərləi ödəməli olublar. Məlumata görə, qış yataqlarında məskunlaşmış əhalinin vəziyyəti dözülməz həddə çatıb.  Qəsəbənin daxili yollarındakı vəziyyət isə daha acınacaqlıdır. Dəfələrlə icra başçısına edilən şikayətlərə isə məhəl belə qoyulmur. Dövlətin pullarını mənimsəyərək, əməllərinin  ört-basdır edəcəyini düşünən, respublika  rəhbərliyinə yalan satan, fəhlənin, müəllimin, həkimin məvacibinə göz dikən icra başçısı arxalandığı vəzifəli şəxsin adını açıqlamaqdan belə çəkinmir. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu özünün ağsaqqalı, böyüyü hesab edən Səlimov, bu barədə bir neçə dəfə danışıb. Qeyd edək ki,  Zakir Fərəcovun qardaşı Nazim Fərəcov 121 saylı Laçın seçki dairəsindən deputat seçilibdir, ancaq rayon əhalisi Nazim Fərəcovun üzünü görməyə həsrətdir. Zakir  Fərəcovun diqtəsilə idarə olunan rayonda vəziyyət son həddə çatıb.

Cənab prezident  Səlimovu rayona icra başçısı təyin edəndə çox sevinən laçınlılar idi isə onun vəzifədən azad olunacağı günü səbrsizliklə gözləyirlər.

Redaksiyamızın elektron ünvanına adını Laçın rayon sakini Kərim Hüseynov kimi təqdim edən şəxsin məlumatında o da qeyd edilir ki, Akif Səlimov Qarabağ müharibəsində böyük xidmətlər göstərdiyini, ermənilərə qarşı qəhrəmancasına vuruşması  barədə əhali arasında tez-tez çıxışlar edir. Ancaq tezliklə onun Qarabağ müharibəsində əsl “qəhrəmanlığı” haqqında yeni faktlar oxuculara təqdim olunacaq.

Məlumatı redaksiyamıza göndərən şəxs Tezliklə ;

1) Akif Səlimovun kiçik oğlu Sənan Səlimova Bakı şəhər Nizami rayonu ərazisində kimlər odlu silahdan  atəş açdılar?
2) Akif Səlimovun başçı təyin olunduqdan sonra qurub yaratdığı super təmirli, caqquzi hamamlı fermasından geniş reportaj və səs yazıları göndərcəyini də əlavə edib.

Redaksiyadan: " Yuxarıda qeyd etdiyimiz kimi,bu məlumat özünü Laçın rayon sakini kimi təqdim edən Kərim Hüseynov tərəfindən elektron ünvanımıza göndərilib. Məlumatda iddia edilənlərin nə qədər doğru olub,olmadığını deyə bilmərik. Bu səbəbdən də qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq".

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az