İcra başçısının qaynı ÖZÜNÜ ASDI

İcra başçısının qaynı ÖZÜNÜ ASDI

İcra başçısının qaynı olan keçmiş polis işçisi özünü asdı

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, M. Əliyev təqaüddə olan polis işçisidir. O əvvəllər Laçın Rayon Polis Şöbəsində çalışıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

O da bildirilir ki, M. Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az