İcra başçısının qəbuluna internetlə yazılmaq mümkün olacaq

İcra başçısının qəbuluna internetlə yazılmaq mümkün olacaq

Azərbaycanda yeni elektron xidmətlər işə salınacaq.

Vizual.azxəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, aparılan araşdırmalar göstərib ki, vətəndaşlar arasında «Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna «Elektron hökumət» portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi» xidmətinə etiyac var.

Ona görə də hazırda bu sahə üzrə 20-dən çox xidmət elektronlaşdırılıb və tezliklə "Elektron hökumət" portalı üzərindən vətəndaşların istifadəsinə veriləcək. Qeyd edək ki, adı çəkilən xidmət vasitəsilə yerli icra hakimiyyətlərinini vəzifəli şəxsləin qəbuluna yazılmaq, eləcə də bu prosesi onlayn izləmək mümkün olacaq. Yəni qəbula yazılan vətəndaşa qəbulun vaxtı, bununla bağlı növbə, onun növbədə neçənci olması və s. Məlumatlar veriləcək.

Qeyd edək ki, hazırda ölkədə portalda 45 qurumun 432 e-xidməti təqdim olunur./Fins.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az