Azərbaycan idmançıları erməni rəqiblə görüşdə növbəti dəfə qələbə qazanıb. Özü də cəmi 10 saniyə ərzində. Bu uğura Tovuz taekvondo komandasının gənc idmançısı imza atıb.
Vizual.az TTV-yə (Region TV) istinadən xəbər verir ki, komandamız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıb. Tovuz taekvondo komandası Gürcüstanda keçirilən "Rustavi Open" beynəlxalq turnirində qüvvəsini sınayıb.
Komanda birincilikdə 15 idmançı ilə mübarizə aparıb və yarışı 10 medalla başa vurub. Bunlardan 4-ü qızıl, 2-si gümüş, 4-ü isə bürünc olub. Bu uğurlu nəticənin ən möhtəşəm qələbəsinə isə gənc idmançı Kənan Əmiraslanov imza atıb. O, erməni rəqibini cəmi 10 saniyədə təslim edərək qızıl medala sahib olub.
Tovuz taekvondo komandasının iştirak edəcəyi növbəti yarış Quba şəhər birinciliyi olacaq. Kollektiv bu turnirin hazırlıqlarını başa vurub. Birincilik Azərbaycan çempionatına hazırlıq baxımından əhəmiyyətlidir. Çünki yeniyetmə və gənclər arasında baş tutacaq yarışda Tovuz taekvondo komandası 15 idmançı ilə qüvvəsini sınayacaq. Tovuz taekvondo klubunun üç bölməsi var ki, bunlardan da ikisi rayonun kəndlərində fəaliyyət göstərir. Ümumilikdə klubun üzvü olan idmançıların sayı 150-dən çoxdur. Onlar indiyədək Avropa miqyaslı yarışlarda bir sıra uğurlar qazanıb.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür