“İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” - Saakaşvili

“İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” - Saakaşvili
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüşü şərh edib.

Modern.az-ın məlumatına görə, o, "Facebook” səhifəsində yazıb ki, İlham Əliyev Rusiya ilə münasibətlərdə təkcə Azərbaycanın deyil, bütün Qafqazın şərəfini qoruyub:

"Əslində İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və başqalarına da nümunə oldu. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq gəzənlər indi bu ölkənin prezidentinə hörmətlərini ifadə etmək üçün növbəyə dayanırlar”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az