“İlk Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq. Artıq iyun ayında Azərbaycanda böyük idman bayramı gerçəkləşəcək. Birinci Avropa Oyunları Azərbaycanda baş tutacaq. Belə nəhəng idman tədbirinin ölkəmizdə reallaşması, əlbəttə, hər bir azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırır. Bu, əslində, böyük tarixi hadisədir”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib. O bildirib ki, ilk Avropa Oyunları bu qitəni təmsil edən ən say-seçmə idmançıların yarışı olacaq.
Millət vəkilinin sözlərinə görə, hər bir avropalı görməlidir ki, Azərbaycan ermənilərin və onların dəyirmanına su tökən qüvvələrin təqdim etdikləri kimi deyil: “Əksinə, Azərbaycan bütün parametrlər üzrə çox ölkələri üstələyən göstəricilərə malikdir. Bir vacib məqamı qeyd etmək istəyirəm. Birinci Avropa Oyunlarının və bundan əvvəlki tədbirlərin Azərbaycanda təşkil edilməsinin xronoloji ardıcıllığına nəzər salsanız, görərsiniz ki, Azərbaycandan fərqli olaraq, bəzi dövlətlər belə məsuliyyətli tədbirlərin təşkilini öz üzərlərinə götürməyə risk etmirlər. Bu, açıq-aşkar Azərbaycanın güclü dövlət olmasına dəlalət edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirəcək”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər