İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”

İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”

“Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”.

Vətəninfo.az-ın xəbərinə görə, bu fikirləri bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib.

O, bildirib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililiblər: “25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir. Digər beynəlxalq təşkilatlar da münaqişənin ərazi bütövlüyü və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan edibləlr. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir, münaqişə tək bölgənin deyil, düynanın da təhlükəsizliyini təhdid edir. Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukrayna və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu təhlükəlidir. Nə qədər Dağlıq Qarabağ problemi mövcuddur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından danışmaq olmaz. Biz bir daha çağırış edirik ki, beynəlxalq hüquq normaları bütün münaqişələrin həllinə tətbiq olunmasa, belə münaqişələr bizi çox gözləyir ”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az