Çin, Qırğızıstan və Tacikistanın sərhədində zəlzələ oldu
Çin, Qırğızıstan və Tacikistanın sərhədində 5 bal gücündə zəlzələ baş verib.
Trend-in Qazaxıstanın Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Eksperimental-Metodik Seysmoloji Ekspedisiyasına istinadən verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla 09:17-də baş verib.
"Zəlzələnin episentri Almatı şəhərindən 517 km cənub-qərbdə yerləşib. Zəlzələnin energi sinfi - 11.4, maqnitudası - 5.0 baldır ", - deyə EMSE-nin məlumatında deyilir.
Zəlzələ ocağının dərinliyi 10 km olub.
Miq.Az