İngiltərə mətbuatı: “AB-ni SSRİ-nin taleyi gözləyir”
Böyük Britaniya Avropa Birliyindən (AB) çıxmağa qərar verdikdən sonra Moskva təşkilatın "qara günləri”nin başladığına əmin oldu.
Axar.az xəbər verir ki, bu iddia ilə İngiltərənin "Faynənşl Tayms” qəzeti çıxış edib.
Nəşrin iddialarına görə, Breksit nəticəsində AB SSRİ-nin taleyini yaşayacaq:
"Avropalı siyasətçilər özləri də Breksitin və bundan sonra Avropada baş verəcək hər şeyin Rusiya xeyrinə cərəyan edəcəyinə inanır. SSRİ tərkibində yaşayan ruslar Breksiti AB-nin SSRİ kimi çöküşünün birinci mərhələsi kimi görür”.
Miq.az