İran-Azərbaycan müharibəsi qapımızın kandarındadır!- Savaş təhlükəsi qaçılmaz görünür: Şahin Bağırov
...İran 50 min əsgər və zabit heyətinin iştirakı ilə öz hərbi arsenalını təlim adıyla Azərbaycanın cənub -qərb sərhədlərinə cəmləyib. Qeyd edək ki, İran bu istiqamətdə həm də Ermənistan və Türkiyəylə sərhədə malikdir. Ekspertlərə görə, İranın cəmlədiyi hərbi bölüm və texnikalar taktiki hücum planlaması üçün nəzərdə tutulan hərbi arsenal və kontingentdən təşkil olunub. Yəni İran harasa hücum etmək üçün bu əraziyə müxtəlif qoşun növləri cəmləyib. Hamını bu düşündürə bilər ki, İran hara hücum etmək istəyir?! Ya Azərbaycana, ya Ermənistana, ya da Türkiyəyə!
Miq.Az xəbər verir ki, bu sözləri AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov bildirib.
Alimin fikrincə İranın Ermənistanla olan mübhəm qardaşlıqlarını nəzərə alsaq, qalır Türkiyə və Azərbaycan... Bu burası... Həm də bu coğrafiyada İran geosiyasi dəyişikliklərə imkan verməyəcəyini "Zəngəzur Dəhlizi" söhbəti ortaya çıxan ilk gündən bəyan edir. Və Türkiyə - Azərbaycanla ziddiyyətlərini kəskinləşdirən "Zəngəzur dəhlizi"nin reallaşmasına imkan verməyəcəyini açıq - aşkar şəkildə iddia edir. Bu da burası... Azərbaycan - Ermənistan danışıqlarında birincinin israrlı tələbi və bu istiqamətdə hərbi variantla məsələni təcili həll etmək istəyi gözləniləndir. Çünki Azərbaycan Ermənistanla sülh sazişinin yaxın müddətdə bağlanmasında olduqca maraqlıdır. Lakin Zəngəzur Dəhlizinə aydınlıq gətirilmədən bu sazişin bağlanması mümkünsüz görünür. Çünkü bu razılaşmadan sonra Laçın Dəhlizinə də aydınlıq gətirilməlidir. Bu səbəbdən müharibə təhlükəsi qaçılmaz görünür!
Şahin Bağırovun xüsusi vurğuladığı "Belə nəticəyə gəlmək mümkündür ki, İran - Azərbaycan müharibəsi qapımızın kandarındadır!" çox düşündürücüdür.
Müharibə olarsa Azərbaycanın yanında olan dövlətləri tanıtmağa ehtiyac yoxdur. Amma İranın yanında olacaq dövlətləri göstərmək çox qaranlıq görünür...
Əslində ona da aydınlıq gətirmək mümkündür. Amma...
Miq.Az