İranda həbsdə saxlanılan Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadənin valideynləri və doğmaları onların məhkəmə işinin hakimi ilə görüşüblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev məlumat verib. Görüşdə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndəsi də iştirak edib. Hakim şairlərin yaxınlarına bildirib ki, iş üzrə dəqiqləşdirmələr aparılır, lakin məhkəmə qərarının veriləcəyi gün hələlik məlum deyil.
Yaxınları Fərid Hüseyn və Şəhriyar Hacızadənin özləri ilə də görüşüblər.
Qeyd edək ki, mətbuatda azərbaycanlı şairlərin guya avqustun 15-də məhkəmə prosesinin keçirilməsi barədə məlumatlar yayılıb.
Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar.
APA
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?