İranlı millət vəkili ETİRAZ ETDİ: "Ermənistanın işğal siyasətinə səssiz qalmayın!"

İranlı millət vəkili ETİRAZ ETDİ:
Urmiya şəhərinin millət vəkili Ruhullah Həzrətpur İranın Xarici İşlər Nazirliyini Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə biganə qalmaqda günahlandırıb.

Publika.az xəbər verir ki, millət vəkili xarici işlər naziri Cavad Zərifə xitabən göndərdiyi mesajda Ermənistanın Qarabağ müsəlmanlarına qarşı işlənən ağır cinayətlərə diqqət çəkib və İranın bu mövzuya səssiz qalmamasını tələb edib.
R.Həzrətpur parlamentdəki çıxışında Xarici İşlər Nazirliyini mövqeyindən dolayı sərt tənqid edib və bu cinayətlər qarşısında sərgilənən səssizliyin Cavad Zərifin adına ləkə yaxdığını bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az