İsa Qəmbər Türkiyəyə müalicəyə getdi

İsa Qəmbər Türkiyəyə müalicəyə getdi

İsa Qəmbər xəstəxanadan evə buraxılıb.

Miq.Az APA-ya istinadən xəbər verir ki, bir neçə gündür, Mərkəzi Klinik Xəstəxanada müayinə və müalicə olunan İ. Qəmbər xəstəxanadan çıxıb.
 
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, İ. Qəmbər daha dərindən müayinə və müalicə almaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb.
 
Onun özünü yaxşı hiss etdiyi bildirilir.
 
Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər bu il yanvar ayının əvvəllərində xəstəxanaya yerləşdirilmiş, ürəyinə bir neçə stent qoyulmuşdu.
 
Bir neçə gün əvvəl isə o, yenidən Mərkəzi Klinik Xəstəxanasına müraciət etmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az