Onun sözlərinə görə, İŞİD bir müddət Rusiyanın şimalında görünmək istədi: "Məsələn, Dağıstana. İŞİD-çilər burada çeçen mücahidlərlə birləşmək niyyətində ola bilərlər. Bu yolla, həm öz ideologiyasını Qafqaz xəttinə yerləşdirmiş olacaqlar, həm də onsuz da bölgədə mövcud olan Qafqaz Əmirliyi silahlı hərəkatına bir növ dəstək nümayiş etdirəcəklər”.
Ekspert hazırda isə İŞİD-in Cənubi Qafqaza heç bir təhlükə olmayacağını deyib. Bir şətlə ki, əgər İŞİD Şimali Qafqazda bərqərar tutmasa: "Yox. terrorçular Rusiyanın şimalına gələrlərsə onda Azərbaycan və Gürcüstanı təhlükə gözləyə bilər”.
Ç.Balcı onu da qeyd edib ki, İŞİD xüsusilə Azərbaycan içərisindəki radikal islamçı gurplarla təmasa keçilə bilər: "Amma bu olay İranı da narahat edə bilər. O zaman İran Azərbaycanı qorumaq zorunda qalacaq. Şünki İŞİD həm də İranı təhdid edir. Amma İran güclü dövlət olduğundan İŞİD onunla bacara bilməyəcək. İranın təhlükəsizlik quruluşu buna əsla icazə verməz. İranın kəşfiyyatı çox güclüdür. Yalnız beluçlara sünni olduqları üçün ideoloji propoqanda apara bilərlər. Ya da "Cindullah”la əamakdaşlıq qura bilərlər. Amma bütün hallarda İranın təhlükəsizlik xidmətləri bunları göz altına ala bilərlər”.