İsmayıllının Xankəndi ərazisində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində iki ev tamamilə dağılaraq yararsız vəziyyətə düşüb. Sürüşmə nəticəsində digər 14 evə ciddi ziyan dəyib. Bu evlər yaşayış üçün təhlükəli hesab edilir. Vətəninfo.az-ın məlumatına görə, Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, mənzillərin sakinləri hələlik yaxınlarının evində məskunlaşdırılıblar.
11 min 81 nəfər əhalisi olan kənddə sürüşmə mayın 19-u gecə saatlarından başlayıb. 22 mayda sürüşmə xeyli aktivləşib. Rayon rəhbərliyi, eləcə də Qızılaypara Cəmiyyətinin əməkdaşları hadisə yerində olublar. Qəzalı vəziyyətə düşən evlərin sakinlərinin müvəqqəti olaraq çadırlarda məskunlaşdırılması nəzərdə tutulub. 84 yaşayış evinin olduğu kənddə indiki saatlarda da sürüşmə aktivliyini saxlayır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?